reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qazilərə, şəhid ailələrinə mənzillər rüşvətlə verilir...”

reklam

“Qazilərə, şəhid ailələrinə mənzillər rüşvətlə verilir...”


Azərbaycanda rüşvət və korrupsiayaya qarşı mübarizə çərçivəsində sosial layihələrin icrası ilə bağlı araşdırmalara başlana bilər. Xüsusilə, Prezident İlham Əliyevin sərəncamları əsasında Qarabağ əlilləri, şəhid ailələri və məcburi köçkünlər üçün inşa edilən yaşayış binalarının tikintisi, həmçinin mənzillərin bölgüsü araşdırma predmeti olacaq.

Artıq Prezident İlham Əliyev bunun anonsunu verib. O, Kəlbəcərin yeni icra başçısı Azər Qocayevi virtual şəkildə qəbul edərkən bu məsələyə toxunaraq deyib: “Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla.

Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.

Qarabağ qazisi Rey Kərimoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, ölkə başçısının dedikləri həqiqət var: “Bəli, uzun illərdir ki, qazilərə, şəhid ailələrinə və məcburi köçkünlərə mənzillərin verilməsində qanunsuzluqlara yol verilir. Mənzillərin verilməsi rüşvət və korrupsiya halları ilə müşaiyət olunur. Bütün bunların başından isə yerli icra hakimiyyətləri dayanır.

Bəzən bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini də ittiham edirlər. Amma əlimin vicdanımın üzərinə qoyub deyirəm ki, mənzillərə görə rüşvət alınması faktı yalnız Füzuli Ələkbərovun nazir olduğu dövrə təsadüf edir. Ondan əvvəl və sonra belə hal baş verməyib. Rüşvət əsasan yerli icra hakimiyyətləri tərəfindən alınır. Biz illərdir bu barədə yazırdıq amma heç kim reaksiya vermirdi. İndi artıq Prezident bu məsələdən danışır”.

Rey Kərimoğlu bildirib ki, bu məsələlər ciddi şəkildə araşdırmalıdı. “Kimlərdən pul alınıbsa, geri qaytarılmalı və buna yol verənlər cəzalandırılmalıdır. Ümid edirik ki, belə də olacaq”, - deyə Qarabağ qazisi əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 13:37
Sikayət   


loading...
Загрузка...