İlon Mask insan beynini kompüterə qoşacaq - DANIŞIĞA EHTİYAC OLMAYAN YENİ ERA
Mütəxəssislərin fikrincə, bir neçə ildən sonra insanlar artıq nitqə ehtiyac duymayacaqlar. Rabitə fərqli bir səviyyədə - rəqəmsal formada reallaşacaq.
RegionXəbərləri.com BiG.AZ-a istinadən verdiyi xəbərə görə "Neuralink" şirkəti, 2017-ci ildə insan beynini kompüterə qoşan texnologiyalar yaratmaq məqsədi ilə yaradılıb.
Bu ideyanı həyata keçirmək üçün Mask 27 milyon dollar dəyərində böyük maliyyə vəsaiti əldə edib. Layihəyə 12 anonim investor investisiya yatırıb. Daha sonra İlon Mask "Neuralink"-in bu texnologiyaların insanlar üzərində sınaqdan keçirilməsinə başladığını elan edib.
Onun sözlərinə əsasən, gələn il kompüterlər artıq insan beyninə qoşulacaq.
İlkin mərhələdə şirkət tərəfindən hazırlanan mikroçiplər kəllə sümüyünün daxilinə yerləşdiriləcək və beynin müxtəlif xəsarət və xəstəliklərini müalicə etmək üçün istifadə olunacaq.
Növbəti mərhələdə mikroçiplər daha geniş funksiyanı həyata keçirəcək. İnsanın ümumiyyətlə danışmağa ehtiyacı olmayacaq. Ünsiyyət zamanı ötürülən məlumatlar çox dəqiq olacaq. Danışıq dilinin aqibəti isə bilinmir.
Bu, xarici dil biliyinin birbaşa insan beyninə yükləndiyini göstərən məşhur "Matrix" filminə bənzəyəcək.
"Neuralink"in banisi bu ideyanın reallaşmasının 5-10 il vaxt aparacağını deyib.
Bəzi tədqiqatçılar belə bir yeniliyin təhlükəli olduğunu və insanın süni intellektən asılı olmasına səbəb olacağını hesab edirlər. Çünki hazırda "Neuralink"in üzərində çalışdığı layihə "Matrix" yaratmağa bənzəyir. Yəni bu gedişlə, sonda, elə filmdəki kimi, insanlardan yalnız virtual reallığa qoşulan beyin qalacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2020, 19:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-05-2020, 19:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54