reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazir postlardan adam buraxdıran DYP rəisini işdən çıxardı

reklam

Nazir postlardan adam buraxdıran DYP rəisini işdən çıxardı


Bir neçə gün əvvəl Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarov vəzifədən azad olunub.

Azad Məmmədyarov işində yol verdiyi nöqsanlara görə, daxili işlər orqanlarından uzaqlaşdırılıb.

Məlumata görə, Azad Məmmədyarov koronavirus pandemiyasının qarşısının alınması üçün qurulan postlardan şəxsi marağı üçün istifadə edib adam buraxdırırmış.

Daha bir məlumata görə, Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndiyevə tabeçiliyində olan DYP rəsinin fəaliyyətini nəzarətdə saxlaya bilmədiyi üçün şiddətli töhmət elan olunub. Bildirilir ki, rayon polis şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 18:19
Sikayət   


loading...
Загрузка...