Baş Nazirdən yeni qərar
“Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na dəyişikliklər edilib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklərə əsasən, bundan sonra mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Amma qazıntılar zamanı aşkar edilmiş tapıntılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməlidir.
Bundan başqa, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən işlər dayandırmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər.
Paylaş:
loading...
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:48
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 08:41
Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
Dünən, 14:54
SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26-01-2025, 18:35
Azərbaycanda 8 iraqlının gizli planı: Biri çayda boğuldu, beşi tutuldu... - TƏFƏRRÜAT
26-01-2025, 12:17
Cüdoçularımız Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazandılar - Fotolar
26-01-2025, 11:18