90 yaşlı anadan Şəki Məhkəməsinə ürəkparçalayan sözlər: “Ayaqlarınıza döşənirəm...” (SƏNƏD)
“Ekspertlər pis rəy yazıb. Bütün günahı oğlumun üstünə yazıblar. Oğlum bıçaqla təkəri cırmayıb ki! Təkər partlayıb, qəza olub”.
Məktubunda 2 ilə yaxındır həbsdə saxlanılan sürücü Allahverdi Qarakişi oğlu Məmmədovun 90 yaşlı anası belə deyir.
90 yaşlı ana oğlunun üzünü görmək istədiyini, onunla ünsiyyətə can atdığını dönə-dönə vurğulayır. Deyir ki, ekspertin saxta rəy verməsi günahsız oğlunun həbsdə qalmasına yol açıb:
“Təkər partlayıb, bir qəzadır gəlib başımıza. Mənim də 90 yaşım var. Qalmışam qapılarda, çöllərdə. Mənim oğlumun günahı yoxdur.
Bütün hökumətdən xahiş edirəm, yalvarıram, qurban olum, əllərinizə, ayaqlarınıza döşənirəm, oğlumun işinə düzgün baxılsın. Bircə oğlum var, onu da tutublar, çöllərdə qalmışam. Xahiş edirəm sizdən, işə düzgün baxılsın”.
Qeyd edək ki, Allahverdi Qarakişi oğlu Məmmədov Şəki Ağır Cinayətlər Məhkməsində hakim qarşısına çıxarılıb. Bəhs olunan qəza 2018-ci il iyunun 30-da Yevlaxda baş verib. Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomaşını ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
İş üzrə istintaqı Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi aparıb. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3 rəyi var. Bu həmin Mərkəzdir ki, rəisi Fuad Cavadov “öz xahişi” əsasında işdən çıxarılıb.
Ekspertlər bir-birinə zidd 3 rəyi istintaqa təqdim ediblər. İlkin rəydə yazılıb ki, qəza Allahverdi Məmmədovun idarə etdiyi yük maşınının təkərinin partlaması nəticəsində baş verib. Ekspertin yazdıqlarından belə qənaət formalaşıb ki, sürücü Allahverdi Məmmədov istəsəydi belə, qəzanın qarşısını ala bilməzdi.
Təkərin qəfil partlaması saatda 60 kilometr sürətlə hərəkət edən yük maşınını idarəolunmaz hala gətirib və nəqliyyat vasitəsi yolun əks istiqamətinə tərəf meyllənib.
Bu rəydən sonra daha bir ekspertiza təyin olub. Bu dəfə də Fuad Cavadovuun rəhbərliyi altında ekspertiza keçirilib.
Maraqlıdır, ikinci dəfə verilən rəydə ekspertlərin yazdıqlarından belə qənaət fomalaşır ki, qəza təkərin partlaması nəticəsində baş versə də, hər iki sürücü vəziyyətdən çıxa bilərdilər. Yəni qəza zamanı toqquşmanın baş verməsini önləyə bilərdilər.
Üçüncü rəydə isə işdən çıxarılan rəisin əlaltıları yazır ki, bəs qəzada sürücü Allahverdi Məmmədov günahkardır. Digər sürücünün isə qəzada günahı yoxdur.
Bir-birinə 3 zidd rəy ortada ola-ola sürücü Allahverdi Məmmədov həbsə alınıb, istintaq müddətində barəsində həbs-qəti-imkan tədbiri seçilib.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Hit.Az-a bildirdi ki, yol-nəqliyyat hadisələri üzrə verilən ekspert rəylərinə inamsızlıq var:
“Ekspert rəylərini oxuyanda, tanış olanda belə təəssurat yaranır ki, adamlar ömürlərində sükan arxasında əyləşməyiblər. Allahverdi Məmmədovun təqsirləndirildiyi iş üzrə ekspertlərin verdikləri rəylər vəziyyəti tam çılpaqlığı ilə ortaya qoyur.
Əgər 15-25 ton çəkisi nəqliyyat vasitəsinin ön sol təkəri qəfil partlayıbsa, Allahverdi Məmmədovun əvəzinə həmin o rəy verən ekspertin özü də olsaydı, nəqliyyat vasitəsini idarə edə bilməyəcəkdi.
Sadəcə olaraq sükanı həmin situasiyada əlində saxlama fiziki imkanları yol verməyəcəkdi. Adi “Jiquli”hərəkətdə olarkən ön təkərlərdən hər hansı biri partlayanda, nəqliyyat vasitəsini idarə etmək olduqca çətin olur.
Sürücü sükanı əlində saxlaya bilmir. Bu hələ cəmisi 1 ton çəkisi olan nəqliyyat vasitəsidir, minik maşınıdır. 14 ton çəkisi olan bir yük maşınında isə bu sadəcə mümkün deyil.
Ekspertiza rəyində partlayan təkərin təsviri və həmin təkərin nəqliyat vasitəsi bardürə çırpılmazdan əvvəl partlamasını yazan ekspert bunu sürücünün günahı kimi təqdim edə bilməzdi.
Bu adamlar verdikləri rəyin bir insanın taleyini həll edəcəyinin fərqinə varmırlar, böyük bir qanunsuzluğun altına imza atıblar”.
Hüquqşünas deyir ki, Şəkir Ağır Cinayətlər Məhkəməsinin həmin qanunsuz və əsassız rəylərə istinad etməmək hüququ var: “Qanunda göstərilir ki, ekspert rəyi şübhə doğurduqda hakim həmin rəyə istinad etməməlidir.
Bu iş üzrə verilən son rəyin absurdluğu göz qabağındadır. Hakimin iş üzrə qeyd olunan rəyə istinad edərək qərar verməsi bəri başdan çıxarılacaq hökmü şübhə altına alacaq. Həmin ekspert rəyi ləğv olunmalı, obyektiv rəyin verilməsi təmin olunmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-05-2020, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-05-2020, 14:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01