reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı

reklam

Dəfn mərasimində koronavirus yayıldı, rayon rəhbəri işdən çıxarıldı


Yas məclisində 155 nəfərin koronavirusa yoluxması rayon rəhbərinin istefası ilə nəticələnib.

Hadisə Adıgey Respublikasının Krasnoqvardeysk rayonunda qeydə alınıb.

Belə ki, mayın 1-də rayonun aullarından birində “çox hörmətli şəxs”in dəfn mərasimi keçirilib. Yas məclisində 500 nəfər iştirak edib. Onlar arasında nəinki sosial məsafə qorunmayıb, maska və əlcəkdən belə istifadə edilməyib.

Tədbirdən bir neçə gün sonra bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin mayın 20-də rayonda daha 155 sakininin COVID-19-a yoluxduğu aşkarlanıb.

Koronavirusun ocağını lokallaşdırmaq üçün rayonda yaşayış məntəqələri arasında gediş-gəliş yasaqlanıb, ictimai yerlər dezinfeksiya edilib, maska-əlcək rejiminə keçilib.

Ancaq bütün bunlar rayon rəhbəri Albert Osmanovun istefasının qarşısını ala bilməyib. Onun vəzifəsindən azad edilməsi məsələsinə rayon Xalq Deputatları Şurasının növbədənkənar iclasında baxılıb.


Paylaş:


Müəllif : Tarix:
21-05-2020, 11:36
Sikayət   


loading...
Загрузка...