CƏZA SİYASƏTİNİN HUMANİSTLƏŞDİRLMƏSİ: pandemiya və postpandemiya dövründə
FƏXRƏDDİN MEHDİYEV
Hüquqşünas
Xroniki xəstəliyi olan və az ağır cinayət törətmiş məhkumların azad edilməsi cəzanın sosial ədalət məqsədlərinə cavab verir
Koronavirus pandemiyası şəraitində dünyanın ABŞ, Almaniya, Böyük Britaniya, İrlandiya, Kanada, Avstraliya, Hindistan, İran və bir çox ölkələri qeyri – zoraki cinayətlərə görə məhkum edilənlərin, xroniki xəstlərin və s. azad edilməsi praktikasının əsasını qoydular.
Bu hal bizdə də həmin sahədə addımlar atımlasına ümidlər yaratdı. Nəzərə alsaq ki, ölkənin cəzaçəkmə müəssisələrində məhbus sıxlığı mövcuddur. İkincisi, hüquq müdafiəçilərinin də qeyd etdikləri kimi cəzaçəkmə müəssisələri məhbusların saxlanma şəraitinə, xüsusi ilə sanitar - epidemoloji kriteriyalarına görə beynəlxalq standartlara və normalara uyğun deyil.
Ona görə də xroniki xəstələrin, (xüsusui ilə şəkərli diabet, ağ ciyər, ürək - damar xəstələrinin və s.) az ağır cinayət törətmiş məhkumların, hüquq müdafiəsi təşkilatlarının siyasi məhbus kateqoriyasına aid etdikləri məhbusların azad edilməsi cəzanın sosial ədalət məqsədlərinə cavab verir. Lakin, çox təssüf ki, bu baş vermir.
Əslində Cinayət Məcəlləsinin “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə” maddəsi bu xarakterli tədbirlərinin həyata keçirilməsinin hüquqi bazasıdır. Lakin subyektivizm və ictimai nəzarətin olmaması həmin maddənin realizasiyasında ciddi əngəldir.
Koronovirus pandemiyası başa çatmayıb. Həkim virusolqoların proqnozları da nikbinliyəəsas vermir. Proqnozlar var ki, koronavirusun payızda gözlənilən ikinci dalğası daha ağır ola bilər.
Ona görə də cəza siyasətinin humanistləşdirilməsi bu günün və gələcəyin təxirasalınmaz məsələsi olaraq qalmaqdadır.
Bunun üçün birincisi, hüquq müdafiəçilərindən, qeyri-hökümət təşkilatlarından, jurnalistlərdən və s. ibarət ictimai nəzarəti yaratmaq və cəzadan şərti olaraq azad etmə prosesinə ictimai nəzarəti cəlb etmək lazımdır.
İkincisi, açıq tipli cəzaçəkmə müəssisəsindən, yəni məntəqə tipli cəzaçəkmə müəssisələrinin istifadə imkanlarının genişləndirilməsinə ehtiyac var. Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisələrinin növünün dəyişdirlməsi nəzərdə tutulub. Lakin həmin maddənin istifadəsində da cəza siyasətinin humanistləşdirlməsi məqsədi ilə operativ və rasional yanaşmaq və bu prosesə də ictimai nəzarəti cəlb etmək zərurəti görünür. Bunları etmədən bu işdəəsaslı dönüş yaratmaq qeyri - realdır.
Cəza siyasətinin humanistləşdirlməsi təkcə sosial ədalətin həyata keçirlməsi deyil, eyni zamanda bu iqtisadi məsələdir. Çünki cəzaçəkmə müəssisələrində məhbusların sıxlığı həm də dövlət büdcəsinəəlavə yükdür. Məlumdur ki, böhran, anti - böhran tədbirləri tələb edir. Bu sahə də anti - böhran tədbirlərinin həyata keçirilməsinə çağırış edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2020, 21:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-05-2020, 21:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34