“Hər hansı vəzifə tutsam, özümü bədbəxt hiss edərəm”
Ümumdünya kinofestivallarında müstəqil Azərbaycana ilk Qran-Pri qazandırmış film məhz onun – Ayaz Salayevin adı ilə bağlıdır. Ekranlarda demək olar ki, nümayiş olunmayan həmin “Yarasa” filminin rejissoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayevlə söhbətimizdə həm də günün aktual məsələləri barədə danışdıq. Onun Musavat.com-a müsahibəsini təqdim edirik:
- Ayaz müəllim, Mədəniyyət Nazirliyində baş verənləri gördünüz. Mən siftəsini oradan başlamaq istəyirəm - Əbülfəs Qarayev işdən getdi, müavini və digər vəzifəlilər həbs olundu. Sizin bir kino xadimi kimi Mədəniyyət Nazirliyindəki hadisələrə fikrinizi bilmək istərdim...
- Mənim həmin adamlarla heç bir tanışlığım, əlaqəm olmayıb. Cəmi bir dəfə nazirin müavinini görmüşdüm, hər hansı münasibətimiz olmayıb. Ona görə həmin məsələlərlə bağlı bir söz deyə bilmərəm. Yaxşı olar ki, kino sahəsindən soruşasınız.
- Yeri gəlmişkən, Mədəniyyət Nazirliyində yeni Kino Şurası yaradıldı. Gözləntiləriniz nədir?
- Yeni Kino Şurasının tərkibinin siyahısı gülməlidir. Eşitdiyimə görə, adı siyahıda olan bəzi layiqli adamlar etiraz edib çıxıblar. Və yenə eşitdiyimə görə, həmin Şuradan çıxanların adlarının siyahıya salınmasından heç xəbərləri olmayıb. Onların etirazına səbəb əsl layiqli adamların Kino Şurasından kənarda qalması olub. Ona görə mənə elə gəlir ki, Şuranın tərkibi dəyişəcək.
- Belə başa düşdüm ki, sizə dəvət gəlməyib...
- Mən istəməzdim ki, bu sualınıza cavabım küsmək kimi qəbul olunsun. Ancaq siz soruşduğunuz üçün mən fikir bildirməli oluram. Çünki heç bir yerdə Kino Şurası ilə bağlı danışmamışam. Ancaq Mədəniyyət Nazirliyi ilə özəl münasibətlərim var, adımın Kino Şurasının siyahısında olmaması mənimlə razılaşdırılıb. Yəni orada olmamağa özüm razılıq vermişəm. Eyni zamanda , Cəmil Quliyev, Vaqif Mustafayev də orada yoxdurlar.
- Elə çıxır ki, yeni Kino Şurasının yaradılması ilə film sahəsində hansısa dəyişikliklər olacağına ümidli deyilsiniz...
- Belə deməzdim. Kino Şuralarının yaradılması mühümdür. Amma kinonun indiki vəziyyətinə görə nazirlikdən nəsə tələb etmək olmaz. Kinonun inkişafı sənətkarların münasibətindən, onların bu işə sənət əsəri kimi yanaşmasından asılıdır. Yəni sənətkarın öz missiyasını dərk edib-etməməkdən asılıdır. Bu mənada heç kimi qınamaq olmaz. Filmlərin ssenarisini, süjetini nazirlik yaxud Kino Şurası özü yaza bilməz. Ümumiyyətlə, bu işdə Kino Şurası həlledici qüvvə deyil. Hətta Şurada nüfuzlu adamlar olsa belə, yenə nəyisə həll edə bilməzlər. Axı onlar ssenari yazmırlar, rejissorların kinoya münasibətini formalaşdırmırlar. Şuranın yaradılmasının əhəmiyyəti budur ki, tərkibi nüfuzlu şəxslərdən ibarət olsa, kino sahəsində bir dəyər anlayışı yaranar.
İndi kinonun qabağında mühüm vəzifələr durur. Haçansa film sahəsində müəyyən uğurlarımız olub, amma ona klassik dəyər kimi söykənmək olmaz. Kinonun şah əsərləri hələ qabaqdadır. Kinoya milli mədəniyyətin bir hissəsi kimi yanaşmaq lazımdır. Ona görə şuralar olmalı, sadəcə, nüfuzlu adamlardan təşəkkül tapmalıdır. Məsələn, yeni Şuranın tərkibində xarici adlar görürəm. Nə vaxt həmin ölkələr bizi çağırıblar? Bu adamlar alim deyil, sənətkar deyil, niyə tərkibdə yer almalıdır?
Çox adam elə bilir ki, çəkdiyi film böyük sənət əsəridir. Azərbaycan kinosunda da belə filmlər var. Millət ona nə verirlər, onu da qəbul edir. Onlara hələ də elə gəlir ki, “Ulduz”, “Əhməd haradadır” “Nəsimi” filmləri böyük əsərlərdir. Mən bu yaxınlarda “Ulduz” filminə bir daha baxdım və dəhşətə gəldim ki, belə də bayağı film olar?
- Siz sovet vaxtı çəkilən filmləri qeyd edirsiniz, amma Rasim Balayev mənə müsahibəsində demişdi ki, pul Mədəniyyət Nazirliyindədir, film çəkməyi ürəyi kimə istəsə, ona verir. Yəni bu gün yaxşı filmlər bəlkə elə bu səbəbdən yoxdur?
- Rasim Balayev ad çəkə bilər ki, hansı filmlərdən söhbət gedir? Bir film adı açıqlasın ki, nazirlik maliyyəni həmin film üçün ayırıb. İkincisi, Rasim Balayev o biri ittifaqın (Rüstəm İbrahimbəyovun sədri olduğu - E.S.) üzvüdür və oradan gələn müdriklərin müdrikinin sözü belə mənim üçün əhəmiyyətsizdir.
Mən bayaq da vurğuladım ki, filmlərin ssenarisini nazirlik yaxud Kino Şurası yaza bilməz. Əvvəla, yaxşı ssenarilər yazılmır. Hər şey ideyadan asılıdır. Biz nə vaxt küçə süpürən qadınları filmlərdə gördük? Onları nə vaxt ekrana gətiriblər? Bəyəm küçə süpürən qadının məhəbbəti olmayıb? Onun taleyi, düşüncələri nədir? Biz nə vaxt kafedə xidmət edən ofisianta baxmışıq ki, görəsən nə düşünür? Mən həmişə deyirəm ki, Azərbaycan filmlərinin qəhrəmanlarını həyatda harada görmüşük? Bəs xalq adamları nə vaxt tərənnüm olunacaq? Nə vaxta qədər insanlar “Babək”i, tində oturan “kepka”lı avaranı görəcək? (“Bir cənub şəhərində” filmini nəzərdə tutur - E.S.). Ümumiyyətlə, müstəqil ölkənin müstəqil mədəniyyətini yaratmaq hissi əfsus ki, azdır. Tahir Salahov, Qara Qarayevlər gələcəkdə də olmalıdır.
- Ayaz müəllim, siz həm də “Xəzər” TV-də Bədii Şuranın üzvüsünüz. Bir açıqlamanızla tanış oldum, telekanalda Bədii Şuranın toplaşmamasından giley-güzar edirdiniz. Murad Dadaşovdan sonra heç nə dəyişməyib?
- “Xəzər” TV-də Bədii Şuranın toplaşması çoxdan olub. O vaxt bir dəfə toplaşdıq, sonra nə çağıran oldu, nə də soruşan. Əslində, tələb etməliydilər ki, kanalın verilişlərini izləyək, münasibətimizi bildirək. Sonra heç çağırmadılar, yığışmadılar, düzü, heç fikir vermədim. Amma mətbuatdan soruşurlar deyə, cavab verirəm. Ümumiyyətlə, Bədii Şura əyalət psixologiyasıdır. Ona çox ümid bəsləmək lazım deyil.
- Son sualımı verim: hər kəs yeni mədəniyyət naziri postuna bir versiya irəli sürür, sizin namizədiniz kimdir və özünüzə nazir vəzifəsi təklif olunsa qəbul edərsinizmi?
- Əvvəla, mənə nazir postunu təklif etməzlər. Üstəlik, ömür bir dənədir, istəyərəm kino çəkim. Yəni həyatın mənasını filmdə görürəm. Hər hansı vəzifə tutsam, özümü bədbəxt hiss edəcəm. Çünki ömürdən gedir və bu halda sənətdən kənarda qalacam. Onsuz da bilirəm ki, belə təklif olmayacaq. Sadəcə, sualınıza cavabım budur.
Mədəniyyət naziri kim ola bilər sualı haqda isə düşünməmişəm. İnsan vəzifədə olanda ikiləşir. Bir-birindən fərqlənir. Əsl ziyalı başqa adama çevrilir. Hətta mən film çəkəndə başqalarında sevmədiyim keyfiyyətlər üzə çıxır. Ona görə bilmək olmur ki, kim necə olacaq. Hər halda yeni nazir vətənini sevən biri olmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2020, 13:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2020, 13:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35