reklam
Regionxeberlericom.az » Cəmiyyət » Özbəkistan sərhədlərini turistlər üçün açır - Prezident fərman imzalayıb

reklam

Özbəkistan sərhədlərini turistlər üçün açır - Prezident fərman imzalayıb


Özbəkistan artıq iyun ayında xarici turstləri qəbul etməyə hazırlaşır. Amma hələlik hansı ölkələrin turistlərinin buraxılacağı məlum deyil.

Özbəkistanın prezidenti Şavkət Mirziyoyev mayın 28-də «Koronovrus pandemiyasının turizm sferasına neqavtiv nəticələrinin aşağı salınması üçün təxrəsalınmaz tədbirlər» barədə fərman imzalayıb.

Sənəddə deyir ki, iyunun 1-dən ölkədə turoperatorlaın, turagentlərin, yerləşmə yerlərinin, mədəniyyət obyektlərinin işi bərpa olunur - ancaq epidemioloji vəziyyətin stabil olduğu «yaşıl» və «sarı» bölgələrdə.

Bazar iştirakçıları üçün çoxlu sayda vergi yumşaldılması və dəstək instrumentləri nəzərdə tutulub. Məsələn, gəlir vergisi iki dəfə aşağı salınır və belə vergiqoyma ilin sonuna qədər qüvvədə olacaq.

Turizm sferasına dəstək Fondu faizsiz ssuda verəcək. Dövlət turoperatorlara yeni turist marşrutlarının və məhsullarının işlənib hazırlanması üçün qrantlar ödəməyə hazırdır.

Bundan əlavə, gətirilmiş və xidmət göstərilmiş hər xarici turist üçün turoperatorlar və turagentlərə 15 dollar məbləğində mükafat ödəniləcək. Bu şərtlə ki, turistlər Özbəkistan Respublikasının ərzisində azı 5 gün qalmış olsunlar.

Sayı 10 nəfərdən az olmayan və azı 5 gecə ölkədə qalmış turist qruplarının avia və dəmir yol biletlərinin qiymətinin 30 faizi həcmində subsidiylaşdırılması da nəzərdə tutulur.


Paylaş:


Müəllif : Tarix:
30-05-2020, 08:36
Sikayət   


loading...
Загрузка...