Bu insanlar mətbuata ayrılan pulları oğurlayıblar - Bütün bunlar araşdırılmalıdır
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli Şamaxıya istirahətə gedərkən icra başçısı onun üçün donuz ovu təşkil edirmiş.
S.Cəlaloğlu bunun hansı dövrdə baş verdiyini açıqlamadığı üçün sosial şəbəkələrdə icra başçısının kimliyi müzakirə mövzusu olub.
ADP sədri Pravda.az-a açıqlamasında deyib ki, bu cür hallar Əli Həsənovun Prezidentin köməkçisi vəzifəsində çalışdığı dövrlərdə olub: “Baxın, həmin dövrdə icra başçısı kim olubsa, donuz ovunu da o təşkil edirmiş. Bu, biabırçılıqdır. Adi bir şəxsə görə rayonun səfərbər olması nə deməkdir?!”
Xatırladaq ki, Əli Həsənov Prezidentin köməkçisi vəzifəsindən 2019-cu ilin noyabrın 29-da azad edilib. Şamaxı Rayon İcra Hakimiyyətinin hazırki başçısı Tahir Məmmədov isə vəzifəyə 2018-ci ilin oktyabrın 30-da təyin edilib. Yəni T.Məmmədovun vəzifədə olduğu dövrün 1 ili Əli Həsənovun vəzifədə olduğu dövrə təsadüf edir. T.Məmmədovdan əvvəl isə icra başçısı Asif Ağayev olub. A.Ağayev hazırda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır.
S.Cəlaloğlu bir daha qeyd edib ki, V.Səfərli “Hürriyyət” qəzetində işləyib, neqativ fəaliyyətinə görə azad edilib: “Bu insanlar mətbuata ayrılan pulları oğurlayıblar. Bütün bunlar araşdırılmalıdır".
ADP sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə yeni təyin edilən Əhməd İsmayılovun fəaliyyətindən məlumatlı olmadığını bildirib: “Hələki məlumatım yoxdur, “Hürriyyət”in rəhbərliyi ilə də hər hansı təmas olmayıb. Yenidir, işləsin görək...”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2020, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-05-2020, 15:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57