Şirvanda jurnalistin həbsinə görə "Çarx" tv kollektivi Vilayət Eyvazova müraciət etdi
Mayın 30-da tanınmış jurnalist, “Çarx” TV-nin əməkdaşı İsmayıl İslamoğlu Şirvan şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanıb. Şirvan Şəhər Polis İdarəsinə (ŞPİ) aparılan İ.İslamoğlu bir neçə saat orada saxlanılaraq dindirilib. Bu müddətdə ailəsi ondan xəbər tuta bilməyib. Günün ikinci yarısında jurnalist özü həmkarı ilə əlaqə saxlaya bilib. O, həmkarına məlumat verib ki, barəsində xuliqanlıq ittihamı ilə cinayət işi açılıb və məhkəməyə göndərilib. Mayın 31-də onun məhkəməsi keçiriləcək.İ.İslamoğlunun həbsi ilə bağlı “Çarx” TV kollektivi Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.
Müraciətdə məlumat verilir ki, İ.İslamoğlu Şirvan ŞPİ rəisinin qəzəbinə tuş gəlib: “Cənab nazir, Şirvan polis idarəsi rəhbərliyi Azərbaycan və nazirlik adına başucalığı gətirməyən addımlar atmaqdadır. Artıq pandemiya dövründə Şirvanda üç jurnalist həbs edilib. Bu da təəssüf ki, Azərbaycanın adının beynəlxalq təşkilatların siyahısında qeyri-azad mətbuat olan ölkələr siyahısına düşməsinə səbəb olub. Təəssüflə demək lazımdır ki, hər üç jurnalist həbsi məhz Şirvanda gerçəkləşib. Bununla Şirvan polis rəisi nail olmaq istədiyin aydın olmasa da, Azərbaycanın imicinə ciddi zərər vurmaqda, nazirliyin fəaliyyətinə kölgə salmaqdadır. Biz aldığımız xəbərlərə görə, Şirvan polis rəisi tezliklə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə gedəcək.Bütün bu həbslərlə gözə girmək niyyətində olduğunu yaxın çevrəsində açıqlayıbmış”. Müraciətdə deyilir ki, İ.İslamoğlu guya kimisə təhqir etməkdə, xuliqanlıqda ittiham edilir: “İsmayıl mərifətli, dövlətini sevən bir vətənpərvər jurnalistdir. Son dövrlərdə daha çox texniki işlərlə, montajla məşğul olmaqla ailəsini dolandırırdı. Onun himayəsində azyaşlı bir övladı var və ailəsi bu həbsdən sonra həyəcan içərisindədir. Çünki bundan az əvvəl İsmayıl guya yol nəqliyyat hadisəsi törətdiyinə görə Sirvan Şəhər Məhkəməsinin qərarı 30 gün inzibati həbs cəzası almışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-05-2020, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-05-2020, 11:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57