Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, Qüdrət Şükürovun qızı Aysel Şükürova vətəndaşı təhqir edib.
Bu barədə ictimi fəal Bəxtiyar Hacıyev bildirib. Onun sözlərinə görə, təhqirə məruz qalan vətəndaş sosial şəbəkədə yazıb ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Qüdrət Şükürov barəsində cinayət işinin başlanıb. Bundan sonra Aysel Şükürova həmin şəxsi küçə söyüşləri ilə təhqir edib.
“Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova bir vətəndaşın atası haqqında Korrupsiyaya Qarşı Mübarizə idarəsində cinayət işi açılması barədə yazmasından sonra o vətəndaşa yazdıqları təhqir, söyüş dolu mesajlar. Bu qızın o gənc oğlana yazdığı söyüşləri indiyə qədər ən axmaq adamın leksikonunda da görməmişəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.
O bildirib ki, Qüdrət Şükürovun qızı həmin vətəndaşın ev telefonunun nömrəsini də sosial şəbəkədə paylaşıb.
“Məmur qızı vətəndaşa onlarla belə mesajlar yazıb, 1.1 milyon izləyicisi olan instagram səhifəsində vətəndaşın ev telefonunu paylaşıb, mənəvi terrora məruz qoyur.
Bu hələ xırda bir lift idarəsinin rəhbərinin qızıdır. Xalqın haqqını yeyib, lüks həyat yaşayıb, vətəndaşı bu şəkildə təhqir edirlər. Bu məmur övladlarının tərbiyəsizcə sıravi vətəndaşları təhqir etməsi neçənci haldır? Biri maşınla avtoşluq edib, vətəndaşı əzir, öldürür. Biri vətəndaşa söyür, digəri atasının yanında metroda işə düzəlib "kəndçilərsiniz" deyir. Daha nə qədər dözmək olar? Bu da bunların səviyyələri, tərbiyələri”, - deyə ictimai fəal vurğulayıb.
Qüdrət Şükürov hələ vəzifədə olarkən qızına 400 min manatlıq toy etməsi ilə gündəmə gəlmişdi.
Bəxtiyar Hacıyev Aysel Şükürovanın təhqir dolu mesajlarının fotosunu da paylaşıb. Həmin mesajlar söyüşlərdən ibarət olduğu üçün təqdim etmirik.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2020, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-06-2020, 14:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39