reklam
Regionxeberlericom.az » Cəmiyyət » 512 fermerə 5,2 milyon manat güzəştli mikrokredit verilib

reklam

512 fermerə 5,2 milyon manat güzəştli mikrokredit verilib


İyunun 1-dək 512 fermerə 5,2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib.

Bu vəsaitin 4,5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb.

Prezident İlham Əliyevin 8 aprel 2020-ci il tarixli Fərmanları ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” imzaladığı Sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holding” MMC 5 milyon manat vəsait əlavə edib.

“Ötən ay yarım ərzində 512 fermerə 5.2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 13:44
Sikayət   


loading...
Загрузка...