reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Vay bizim halımıza!” – Keçmiş deputat məmur övladlarından danışdı

reklam

“Vay bizim halımıza!” – Keçmiş deputat məmur övladlarından danışdı


“Son günlər tez-tez rast gəldiyimiz məlumatlardan biri də hansısa vəzifəli məmurların övladlarının Milli Məclisdən, prokurorluq orqanlarından və digər qurumlardan işdən çıxarılmasıdır”.

Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev vəzifəli şəxslərin övladları barədə danışarkən deyib.

Musa Musayev qeyd edib ki, bugünkü məmurların əksəriyyəti 1987-1993-cü illərdə nə Heydər Əliyevin müdafiəsinə qalxıblar, nə də 1992-ci ildə YAP-ın yaranmasında iştirak ediblər:

“Sonradan hansı yollarlasa özlərinə vəzifə əldə ediblər, bu azmış kimi, fürsətdən yararlanaraq, övladlarını da dövlət qurumlarında yaxşı işlərə yerləşdiriblər. Mənim yadımdadır, ulu öndər 1970-80-ci illərdə göstəriş vermişdi ki, vəzifəlilərin övladlarını Azrbaycan Dövlet Universitetinin Hüquq fakültəsinə qəbul etməsinlər.

İndi isə əksinə, dəb düşüb, vəzifədə olanların əksəriyyətinin özləri və övladları BDU-da və ya bəzi özəl universitetlərdə ikinci ali təhsil alaraq, hüquqşünas diplomlarına sahiblənirlər...

Əgər həvəsiniz və savadınız vardısa, niyə birinci ali təhsil alarkən Hüquq fakültəsinə qəbul olunmamısınız?

Cavab çox sadədir, çünki Hüquq fakültəsinə qəbul üçün yüksək savada malik olmaq və yüksək bal toplamaq lazımdır!”.

Eks-deputat “bu insanların məqsədi nədir, bəlkə hamı prokuror və müstəntiq olmaq istəyir?”,- deyə sual edib.

“İnsanların taleyini hakimlərə və həkimlərə tapşırırlar, bu sahədə savadsızlıq oldusa, vay bizim halımıza!

Düşünürəm ki, bu kimi hallara diqqət yetirməli və araşdırılmalıdır, bu insanlar necə vaxt tapıb ikinci, hətta ücüncü ali təhsil alıblar?”, - deyə Musa Musayev əlavə edib.

O, bəzi vəzifəli məmurların alimlik dərcəsi almasına da təəccübünü gizlədə bilmir: “Məmurların çoxu artıq alimlik dərəcəsi alır, doktorluq müdafiə edir, hətta akademik olurlar. Bir az da irəli gedənlər hansısa ali məktəbdə özünə bir kafedrada açdırır və illərlə o kafedraların qapısı bağlı qalır”.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 15:27
Sikayət   


loading...
Загрузка...