reklam
Regionxeberlericom.az » Cəmiyyət » Korrupsiya əməllərinə görə iki hakim barədə materiallar istintaqa verilib - RƏSMİ

reklam

Korrupsiya əməllərinə görə iki hakim barədə materiallar istintaqa verilib - RƏSMİ


Ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasından verilən məlumatda qeyd olunub.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının fərmanına uyğun olaraq 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq hal aşkar edilib.

Bu faktlar hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Məlumata görə, iki nəfərin səlahiyyətlərinə xitam verilib, yeddi nəfər işdən azad olunub, iki hakim barədə isə materiallar korrupsiya əməllərinə görə istintaqa verilib. Artıq onlardan biri, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkili cinayət məsuliyyətinə cəlb olunmaqla, məhkum edilib.

Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlər görüləcək.

Qeyd olunub ki, məhkəmə sistemində hüquq pozuntularının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
3-06-2020, 22:12
Sikayət   


loading...
Загрузка...