İqtisadiyyat Nazirliyi sahibkarlarla birgə aztəminatlı ailələrə dəstək verib
Koronavirus pandemiyasının dünya ölkələrini böhran və sosial-iqtisadi itkilərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Qlobal dünyanın bir parçası olan Azərbaycan belə mürəkkəb dövrdə öz vətəndaşlarını koronavirus pandemiyasından və onun yaratdığı fəsadlardan qorumaq üçün bütün mümkün tədbirləri görür.
Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə ölkəmizin hər yerində sosial həmrəylik aksiyaları davam edir. Bu aksiyaların məqsədi koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Bu aksiyalarda dövlət qurumları ilə yanaşı cəmiyyətin üzvləri, eləcə də sosial məsuliyyətli sahibkarlar fəal iştirak edirlər.
Belə bir sosial təşəbbüslərdən biri də ötən aydan başlayaraq İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsi məqsədilə başlanmış sosial aksiyaya özəl biznesi təmsil edən sahibkarlar da yaxından dəstək göstəriblər.
Humanitar təşəbbüs çərçivəsində Nazirliyin təşkilatçılığı ilə həftəlik tələbat üçün nəzərdə tutulmuş ərzaq bağlamaları Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılıb. Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hərtərəfli dəstək veriblər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının iştirakçıları isə ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım ediblər. Sosial aksiya çərçivəsində 4300-dən çox ərzaq bağlaması çatdırılıb.
İqtisadiyyat Nazirliyi sosial həmrəylik və korporativ məsuliyyət nümayiş etdirən, adlarının çəkilməsinə lüzum görmədən bu təşəbbüsdə aktiv iştirak edən bütün sahibkarlara təşəkkür edir, bu cür humanitar addımların ölkəmizin fəal iqtisadi və sosial həyata qayıdacağı günü daha da yaxınlaşdıracağına töhfə verdiyini qeyd edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-06-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57