Zelenski koronavirusa yoluxmaq istəyib...

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları koronavirusa inandırmaq üçün xəstəliyə yoluxaraq özünü təcrid etmək istədiyini açıqlayıb. Zelenski bu barədə “Ukrainskaya Pravda” qəzetinə müsahibəsində bildirib.
“Mən özüm bu mərhələni keçmək istədim ki, insanlara rahat olsun”,- deyə Zelenski qeyd edib.
Zelenskinin sözlərinə görə, o, bu barədə ilk dəfə tərəfdaşlarına söyləyib. “Onlara dedim ki, gəlin mən xəstələnim, məni dərhal Bankovada təcrid edin. Mən bunu normal keçirəcəyəm. Onda insanlar koronavirusun qorxulu olduğunu, ancaq vəba olmadığını başa düşəcəklər. Depressiya olmamalıdır. Çünki ilk vaxtlar çox qorxulu idi, insanlar düşünürdülər ki, hamımız öləcəyik”,- deyə Zelenski vurğulayıb.
Daha sonra isə Ukrayna dövlət başçısı ailəsinin bu addımı ona bağışlamayacağını bildirərək, bu fikirdən daşındığını qeyd edib. “Mənim dəli olduğumu deyərdilər. Haqlı da olardılar”,- deyə o, sözlərinə əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-06-2020, 11:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-06-2020, 11:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…