Rektor hər iki valideynini itirmiş tələbəni borca görə imtahana buraxmadı
Odlar Yurdu Universitetinin informatika fakultəsinin 1-ci kurs tələbəsi Bağırova Fatimə təhsil haqqının qalıq 500 manat borcunu ödəyə bilmədiyi üçün iyunun 12-də keçiriləcək imtahana buraxılmayacaq.
Bu barədə məlumatı Yenisabah.az-a iqtisadçı ekspert Qadir İbrahimli verib. Onun sözlərinə görə, Fatimə Bağırovanın hər iki valideyni dünyasını dəyişib. O, nənəsinin himayəsindədir.
İqtisadçı ekspert Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin ölkənin imkanlı şəxslərindən biri olduğunu xatırladıb. “Əhməd Vəliyevin özəl klinikası (“Oksigen”), bankı (“Muğanbak”) və çoxsaylı obyektləri var. Onun bir yetim qıza dəstək olmaması sadəcə təəssüf doğurur”, - deyə Qadir İbrahimli bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2020, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-06-2020, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti