reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər - 20 aprel

reklam

Bürclər - 20 aprel


Qoç - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.
Axşam saatlarını açıq havada keçirin.

Buğa - Tələsməyin. Günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Sizə inanan insanların etimadını doğruldun.
Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət edəcəklər.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq yetər. Kiməsə bənzəməyə can atmayın.

Əkizlər - rutin işləri yarımçıq qoymayın. Yeni məlumatlar və ya informasiyalar əldə etməyə çalışın. Danışıqların aparılması, müqavilələrin və anlaşmaların imzalanması üçün əlverişli zamandır. Əsas məsələ bütün riskləri hesablamaq, avantüralara qatılmamaqdır. Yeni layihəni reallaşdırmağa tələsməyin.
Günün ikinci yarısında ailə üzvlərindən biri sizdən inciyəcək. Maliyyə məsələsi ilə bağlı anlaşılmazlıq, hətta ittihamlar istisna deyil. Səbrli olun, təmkinli davranın.
Emosional qərar ağır fəsadlar verə bilər.

Xərçəng - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil.
Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.

Şir - ünsiyyət və sosial fəallığın bol olacağı gündür. Nikbin, şən olun. Ən ağır, rutin, darıxdırıcı işlər belə sizi ruhdan salmamalıdır. Maliyyə əməliyyatlarında, xüsusilə də sərmayə yatıranda və ya kiməsə pul verəndə sayıq davranın.
Yaxın gələcəklə bağlı planları günün ikinci yarısında hazırlamaq, nəzərdən keçirmək olar. Uzaq yola çıxırsınızsa, yaxşı hazırlıq görün. Rəqibləri və bədxahları üstələmək imkanları var.
Axşam saatlarında romantik görüş istisna deyil.

Qız - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.

Tərəzi - praktiki məsələlərin həlli üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı problem yaranıbsa, onun çözümünü sabaha ertələyin. Aktiv müdaxilə tələb edən situasiya yaranacaq. Fəqət, narahat olmayın. İntellektual potensialınız yüksəkdir.
Günün ikinci yarısında qarşınıza çıxan səddi dəf etmək üçün standart olmayan metodu seçin. Ailədə münasibətlərdə harmoniyaya nail olmaq üçün güzəştlərə meylli davranmaq gərəkdir. Axşam saatlarında birgə əyləncəyə və ya gəzintiyə yollanmaq olar.

Əqrəb - intellektual və ya yaradıcı fəaliyyətlə məşğul olanlar üçün pis zaman deyil. Gəlirlərin artırılması, maddi məsələlərin uğurlu həlli mümkündür. İşlə bağlı çoxlu səfərlər etməli olacaqsınız. Yolda diqqətli davranın.
Günün ikinci yarısında qohumlarla ünsiyyət zamanı alicənab davranın. Sizi çoxdan bəri narahat edən problemi müzakirə etmək olar. Yeni əlaqələrdə qarşı tərəfə bələd olmağa çalışın. Romantik tanışlıqlar isə gözlənilən nəticələri verməyəcək.

Oxatan - cari problemlərin həlli ilə məşğul olun. Maliyyə məsələlərini vaxtında həll edin. Ailə büdcəsinin planlaşdırılmasında səlis qərarlar qəbul edin. Ünsiyyət zamanı maraqlarınızın təminatına önəm verin. İşdə statusunuzu artırın. Zərurət yaranarsa, rəhbərliklə də danışıqlar aparın.
Günün ikinci yarısında boş söhbətlərə, dedi-qodulara qatılmayın. Yerinə yetirəcəyinizə əmin olmadığınız vədlər verməyin.
Yaxınlarınızla münasibətlərdə gərginliyin yaranması istisna deyil. Sözlərinizə fikir verin, iradlar və tənqidlərə əl atmayın.
Axşam saatlarını sakit ortamda keçirin.

Oğlaq - yaşam potensialınızın səviyyəsi yüksəkdir. İradəli və qətiyyətli olun. İntuisiyanız güclənəcək. Verbal olaraq informasiyalar alacaqsınız. Kommersiya fəaliyyəti üçün yaxşı zamandır. Vədləri və öhdəlikləri unutmayın.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Saatlar keçdtikcə ailədə problemlər, yaxınlarınızdan birinin səhhətində problemlər istisna deyil.
Əlavə işlərə və qayğılara hazır olun. Eqoistcəsinə davranmayın.

Dolça - yeni ideyalar və innovasiyaların tətbiqi üçün əlverişli zamandır. Köhnə problemlərdən birini həll edə bilərsiniz. Çətinlikləri aradan qaldırmaq üçün orijinal metodlardan istifadə edin.
Tənhalığa, tərki-dünyalığa, fatalizmə meylli olmayın.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Qanunsuz əməl törətməyin. Yaxşı bələd olmadığınız insanlardan uzaq durun.
Axşam saatlarını yaxın dostlarla keçirmək olar. Rasionunuza fikir verin. Qida zəhərlənməsi riski var.

Balıqlar - fəaliyyət sahənizlə bağlı önəmli qərarlar qəbul etmək üçün əlverişli gündür. Yeni tanışlıqlar, mühüm danışıqlar ola bilər. Yeni dostluq əlaqələri yaranacaq. Qəfil hədiyyə və ya gəlir istisna deyil. Yaxın ətrafınızdakı insanlara təsiriniz artacaq.
Günün ikinci yarısında eqoist olmayın. Dəyər verdiyiniz insanlardan birindən sui-istifadə etməyin.
Axşam saatlarını tanışlar və həmfikirlərlə keçirə bilərsiniz. Subaysınızsa, konsertə və ya kluba yollanın. Normal istirahət edin.


Paylaş:


Müəllif : Tarix:
20-04-2019, 00:02
Sikayət   


loading...
Загрузка...