reklam
Regionxeberlericom.az » Cəmiyyət » 25 yaşlı oğlan anasını girov götürdü və binanı partlatmaqla hədələdi

reklam

25 yaşlı oğlan anasını girov götürdü və binanı partlatmaqla hədələdi

Rusiyanın Yekaterinburq şəhərində 25 yaşlı yerli sakin bir mənzildə qaz şlanqını kəsib, anasını döyüb və doqquzmərtəbəli evi partladacağını deyib.

Bu barədə URA.RU nəşri məlumat yayıb.

Partlayış təhlükəsi Çkalov küçəsindəki bir binada olduğu ortaya çıxıb. Mənzillərdən birinin sakini naməlum səbəbdən anasına bədən xəsarəti yetirib, sonra hündürmərtəbəli binanı partlatmaq istəyib. Bir müddət sonra gənc binadan çıxıb və əlindəki çiçəklərlə oranı tərk edib.

Polis əməkdaşları rusiyalını tutaraq növbətçi hissəyə çatdırmağı bacarıblar. Sonradan o, özünü pis apardığından təcili yardım həkimlərinə təhvil verilib.

Hal hazırda oğlan tibb müəssisəsindədir. Girov götürdüyü anası da xəstəxanaya aparılıb.

Bir ay əvvəl Sankt-Peterburqda oxşar hadisə baş verib: özünü təcrid edən bir yerli sakin cansıxıcı olduğunu deyərək evi partlatmaqla hədələyib və qaz borusunu kəsməyə başlayıb, ancaq hadisə yerinə təcili yardım işçiləri gəlib. Evdə yaşayanların hamısı təxliyə edilib. Rusiyalını xüsusi təcili yardım heyəti aparıb, qonşulardan heç kəs xəsarət almayıb.


Paylaş:


Müəllif : Tarix:
11-06-2020, 13:52
Sikayət   


loading...
Загрузка...