reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koronaviruslu xəstəyə bir gündə 500 manat xərclənir? - Şairin iddiasına rəsmi rəqəmlər nə deyir?

reklam

Koronaviruslu xəstəyə bir gündə 500 manat xərclənir? - Şairin iddiasına rəsmi rəqəmlər nə deyir?

Bu günlərdə koronavirusa yoluxduğunu elan edən və “Yeni klinika”ya yerləşdirilən şair Şəhriyar Del Gerani növbəti açıqlaması ilə gündəmə gəlib.
Cebhe.info xəbər verir ki, o, sosial şəbəkə hesabında “Təsəvvür edin, ölkədə son dərəcə ağır və ölümcül virus yayılıb, adamlar bir ucdan yoluxurlar, adamlar yoluxduqca da dövlət bircə-bircə nəzarətə götürüb pulsuz, tam təmənnasız müalicə eləyir, sağaldıb evlərinə yola salır. Bu, gerçəkdən utopiyadır və bu utopik vəziyyət hal-hazırda doğma məmləkətimiz Azərbaycanda baş verir. Biz, hər birimiz vətəndaş kimi bunun fərqində olmalıyıq, həm özümüzün, həm də dövlətimizin əlindən tutmalıyıq bu ağır günlərdə. Düzdür, mən bunun fərqində olmamışam, məsuliyyətsizlik etmişəm, ona görə də xəstələnmişəm. Dünən gecə saatlarından məni "Yeni Klinika"ya yerləşdiriblər. Bura konkret olaraq "Covid-19" xəstələrinin müalicəsi üçün təşkil olunmuş xəstəxanadır. Ölkənin ən peşəkar həkimləri, Türkiyədən gəlmiş heyət üzvləri həm də burda cəm olmuş. Baxıram, şəxsən mənim burda bir günlük müalicəm, bütün xərclər daxil təxminən 500 manata başa gəlir dövlətə”,- deyə yazıb.
Nəzərə alsaq ki, Şəhriyar Del Gerani xəstəliyi yüngül formada keçirir, o zaman süni tənəffüs aparatına qoşulan xəstələrə daha yüksək məbləğin xərcləndiyini təxmin etmək olar.
Doğrudanmı, koronaviruslu xəstənin günlük xərci 500 manat təşkil edir?
"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 6-da keçirilən birfinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə daxildir.


Paylaş:


Müəllif : Tarix:
12-06-2020, 11:11
Sikayət   


loading...
Загрузка...