Taksi sürücülərinə BƏD XƏBƏR: Maşında siqaret çəksələr...
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.
Baş idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev açıqlamasında bildirib ki, sürücülərin tütündən istifadə inzibati məsuliyyət yaradır: "Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək bildirir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradələrindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır. Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər”.
"Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə - qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur. Odur ki, tütündən istifadə etməklə ailə büdcənizə, ən başlıcası isə özünüzün və başqalarının səhhətinə zərər vurmayın!” – deyə R. Quliyev sözlərinə əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2019, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2019, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07