Bananın daxilindəki qırmızı ləkənin səbəbi açıqlandı - RƏSMİ
Son dövrlərdə bəzən banan meyvələrinin daxilində qırmızı ləkə müşahidə olunur. Sosial şəbəkələrdə belə bananla bağlı insanları qorxuya salan məlumatlara rast gəlinir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, iddia edilir ki, həmin bananların tərkibinə QİÇS xəstələrinin qanı vurulub. Əslində isə bu göbələk və bakteriyaların səbəb olduğu fitopatogen xəstəliklərin əlamətidir.
Xəstəliyin əsas əlaməti xaricdən normal görünən meyvə daxilində qırmızı-qəhvəyi rəng çalarlı quru və qırışmış lət hissəsinin əmələ gəlməsidir. Qeyd edək ki, sözügedən fitopatogen xəstəliklər yalnız bitkiyə ziyan vurur və insan sağlamlığı üçün heç bir mənfi təsiri aşkar edilməmişdir. Bananın çox tez xarab olma xüsusiyyəti olduğu üçün, soyulduğu anda istehlak edilməsi tövsiyə edilir.
Qeyd edilib ki, banan qidalandırıcı xüsusiyyətə malikdir. Lif baxımından zəngin olduğundan doyurucudur. Bananı yetişməmiş, az yetişmiş, yetişmiş və ya çox yetişmiş halda qəbul etmək olar. Tərkibində protein və karbohidrat olduğundan qida dəyərliliyi yumurtaya bərabər tutulur. Banan yetişdikcə tərkibində qlükozanın miqdarı artır. Yetişmiş banan meyvəsində 22 % - dən çox karbohidrat və liflər, kalium, manqan, A, B6, B12, C və E vitaminləri mövcuddur. Eyni zamanda banan enerji artırıcı bir meyvə kimi, xüsusilə iştahsızlıq halında, bədənin enerjisinin artması üçün ideal bir seçimdir. Kaliumla zəngin olması böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir. Yüksək kalium və az miqdarda duz tərkibli banan qan təzyiqinin tənzimlənməsinə də kömək edir.
Ürək və damar xəstəliklərinə də faydalı olub, bağırsaq problemlərində (ishal) sabitləşdirici xüsusiyyətə malikdir. Lakin bananın normadan artıq qəbulu qəbizliyə gətirib çıxarır.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2020, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-06-2020, 15:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16