reklam
Regionxeberlericom.az » Cəmiyyət » "...Qışqırmaq istəyirəm: “Ey insanlar, maskalarınızı geyin!” - Həkimdən SOS!

reklam

"...Qışqırmaq istəyirəm: “Ey insanlar, maskalarınızı geyin!” - Həkimdən SOS!


“Koronavirusla bağlı baş verənləri, gündəlik rastlaşdığımız hadisələri xeyli vaxtdır "Facebook" hesabımda yazıram. Hər gün olanları qeyd edir və gözəgörünməz düşmənlə mübarizədən qalib ayrılacağımızı qələmə alacağım günü səbirsizliklə gözləyirəm. O, "gündəliyin" sonuncu qeydləri olacaq və bütün pis xatirələri unutduracaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında sosial izolyasiya qaydalarına əməl etməklə əhaliyə müraciət edən Sabunçu rayonundakı 11 saylı poliklinikanın həkim-terapevti, 3 aydır könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında çalışan Məlahət Hümmətqızı deyib. O, vətəndaşlardan daha diqqətli və məsuliyyətli olmalarını xahiş edib:

“Sosial məsafəni gücləndirməyi məsləhət görürəm. Eyni zamanda immuniteti gücləndirmək naminə yaxşı qidalanmaq, vitamin qəbul etmək, heç olmasa, ev şəraitində idmanla məşğul olmaq lazımdır. Gigiyena qaydalarına əməl etmək ən vacib məqamdır. Tibbi maskadan istifadə etmək isə şərtdir. Mən hazırda “Bulvar” Otelində qalıram. Hərdən pəncərədən çölə baxıram və sosial məsafəni qorumadan bulvarda gəzən, tibbi maska taxmayan insanları görürəm. Həmin anlarda gücüm çatdığı möhkəm səslə qışqırmaq istəyirəm:
“Ey insanlar, maskalarınızı geyin”!”. Bilirsiz, biz son aylar çox gərgin iş rejimi ilə çalışırıq. Həyatımızı təhlükəyə atmaqla yanaşı, həm də hər gün nə qədər həyəcan, stress keçiririk. Vətəndaşlardan bircə xahişimiz var, öz məsuliyyətləri ilə bizim əməyimizi qiymətləndirsinlər. Koronavirusa ancaq belə qalib gələ bilərik".


Paylaş:


Müəllif : Tarix:
17-06-2020, 12:07
Sikayət   


loading...
Загрузка...