“QƏNAƏTCİL” DEPUTATIN UTANMADAN OYNAMAQLIĞI… – Aydın Hüseynov da Hadı Rəcəblinin yolunu gedir
Təəssüf ki, Milli Məclisə necə “seçildiyi” bilinən, lakin niyə “seçildiyi” bilinməyən bəzi deputatların onsuz da sosial problemlərdən əziyyət çəkən əhalidə qıcıq yaradan açıqlamaları bitib-tükənmək bilmir. Belə açıqlamalardan birini də YAP-ın Qaradağ rayon təşkilatının sədri, parlamentdə elə həmin rayonu təmsil edən Aydın Hüseynov verib.
Deputat əhalinin böyük hissəsi üçün böyük önəm daşıyan təbii qaza və işığa qoyulan limitin aradan qaldırılmasına dair təkliflərə münasibət bildirib. Bir sıra deputatlar bu limitin ləğv olunmasını təklif edərək, bunun kasıb əhalinin sosial durumuna müsbət təsir edəcəyini bildirsələr də, Aydın Hüseynov cənabları təklifin əleyhinə çıxıb. Deputat mətbuata açıqlamasında iddia edib ki, limitlərin tətbiqi hər kəsin qaz və elektrik enerjisini qənaətlə işlətməsinə (!) şərait yaradıb: “Məlumdur ki, elektrik enerjisinə və qaza tətbiq olunan limitin məqsədi artıq məsrəfə yol verilməməsi, qənaət rejimindən istifadə olunmasıdır. Əhalinin gəliri artıqca bu problemlər öz-özlüyündə həll olunacaq. Doğrudan da limitlərin tətbiqi hər kəsin qazı və elektrik enerjisini qənaətlə işlətməsinə şərait yaratdı…”
Demir ki, bu qərar əhalinin onsuz da çətin olan sosial vəziyyətini daha da ağırlaşdırdı, demir ki, insanlar evlərini qızdırmaqda çətinlik çəkirlər, demir ki, rayonlarda camaat meşələrə üz tutmalı olur, qaz ola-ola odundan istifadə edir və sair. Görəsən, ümumiyyətlə bu deputat həmin “qənaət söhbətini” elə öz rayonunun qəpiyi-qəpiyə calayıb, uşağını çətinliklə məktəbə göndərən, qazandığı qəpik-quruşun da böyük hissəsini uşağının “boğazından kəsib” işıq, qaz çeklərinə ödəyən kasıb seçicisinin gözünə baxa-baxa deyə bilərmi? Bəlkə də deyər… Necə deyərlər, “utanmasan oynamağa nə var ki…”
Əlbəttə ki, qənaət vacib məsələdir. Ancaq nədənsə həmin bu qənaət hər zaman kasıb-kusuba aid olanda yada düşür. Görəsən, Aydın Hüseynov özü bu limitlər tətbiq olunandan sonra nə qədər vəsaitə və enerjiyə qənaət edə bilib?
Ümumiyyətlə, bu adamın “qara camaatın” vəziyyətini anlaması və seçicilərinin (əgər seçiblərsə-C.M.) rifahını düşünməsi nə dərəcədə inandırıcıdır? Bu suala cavab tapmaq üçün A.Hüseynovun bioqrafiyasına “gözucu” nəzər yetirmək kifayətdir.
Adamın karyerasının böyük hissəsi maliyyə idarələrinin rəisi postlarından ibarətdir. O, 1991-1994-cü illərdə Səhmdar Kommersiya Əmanət Bankı Qaradağ rayon şöbəsinin müdir müavini, 1994-1996-cı illərdə Səhmdar Kommersiya Əmanət Bankı Bakı şəhər idarəsinin kreditləşmə şöbəsinin rəis müavini, 1997-1999-cu illərdə Qaradağ rayon Maliyyə İdarəsinin rəisi, 1999-2000-ci illərdə Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-2009-cu illərdə Səbail rayon Maliyyə İdarəsinin rəisi, 2009-2013-cü illərdə Maliyyə Nazirliyi 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013-cü ildən Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifələrində “külüng vurub”. Göründüyü kimi, bu vəzifələrin hamısı “çim yağdır”.
Azərbaycanda rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinin nə demək olduğunu bilməyən yoxdur. Təəssüf ki, Azərbaycanda araşdırma jurnalistikası inkişaf etməyib. Yoxsa arşdırma aparıb, belə şəxslərin hazırkı maddi imkanları, mülkləri, avtomobillərilə indiyə qədərki rəsmi vəzifə maaşlarını tutuşdurmaq olardı və o zaman ortaya maraqlı mənzərə çıxardı. Və məlum olardı ki, belələrinin kasıb əhalinin nəyəsə qənaət etməli olduğu barədə danışmağa ən azından mənəvi haqları yoxdur.
Həmin bu Aydın Hüseynov bir müddət əvvəl Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında səsləndirdiyi “əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz” fikrilə gündəmə gəlmişdi.
Göründüyü kimi, bu deputat mandatının daşıyıcısının imkanı olsa, nəinki işığa, qaza, hətta təbiətin verdiyi və kənd əhalisinin əsrlərlə istifadə etdiyi bulaq suyuna da limit qoyar!
Onu da qeyd edək ki, A.Hüseynovun indiki məqama çatmaq üçün keçdiyi “yol” barədə mətbuatda müxtəlif səpkili məlumatlara rast gəlinir. Məsələn, onun icra başçılarına avtomobil hədiyyə etmək kimi “xobbisinin” olduğuna dair iddialar var. Əlbəttə ki, bu iddiaların nə dərəcədə həqiqətə uyğun olması barədə heç nə deyə bilmərik. Ancaq onu deyə bilərik ki, həmkarı Hadı Rəcəbli kimi, A.Hüseynovun da sosial məsələlər barədə fikirləri əhalidə qıcıq və ikrah hissindən başqa heç nə yaratmır.
A.Hüseynov son açıqlamasında enerji daşıyıcılarına tətbiq olunan limitlə bağlı fikrini belə tamamlayıb: “Qaz və elektrik enerjisi ilə bağlı limitlərin ləğvi real deyil”.
Xatırladaq ki, hakimiyyətə “ayı xidməti göstərən” bir çox “deputat-ekspertlər” problemli kreditlərlə bağlı güzəştləri də real hesab etmirdilər və az qalırdı camaata desinlər ki, “gedin canınız çıxsın, ödəyin”. Ancaq ölkə başçısının məlum qərarından sonra həmin bu manqurtlar əvvəlcə dillərini müvafiq istiqamətdə gizlətdilər, sonradan isə oradan çıxarıb, həmin güzəşt qərarını alqışlamağa, təriflər yağdırmağa başladılar – yəni adət etdiyimiz mənzərə.
Bəs, görəsən nə vaxta qədər belə olacaq? Olmazmı ki, bunlar əhalinin sosial durumuna təsir edən məsələlərlə bağlı ümumiyyətlə sussunlar və sadəcə öz işlərilə – tərifləmək, məddahlıq etmək, yaltaqlanmaqla məşğul olsunlar?…
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-04-2019, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-04-2019, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07