İqbal Ağazadədən Vəfa Nağıya dəstək
“Vəfa Nağı seçildiyi kiçik bir bələdiyyə subyektində böyük aksiyaya başlayıb - hesabatlılıq istəyir. Bu təşəbbüsü hamılıqla dəstəkləməliyik”.
Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, hakimiyyət çox istəyir ki, bələdiyyə subyektlərini mənasız və etibarsız qurum kimi təqdim edərək, vətəndaşların bu seçkidə iştirakını minimuma endirsin və seçici aktivliyi olmasın.
“Əslində zaman-zaman bələdiyyələrin statusunun kiçildilməsi və bir neçə kəndin bir bələdiyyədə birləşdirilməsi, iri şəhərlərdə bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməməsi, bələdiyyə məclislərinin yaradılmaması da bu məqsədə xidmət edib.
Vəfa xanımın bir bələdiyyə üzvü kimi başlatdığı proses təqdirəlayiq olmaqla yanaşı, yeni nümunədir. Hamımız dəstəkləməli, yanında olmalıyıq ki, növbəti bələdiyyə seçkilərində daha çox və yeni gənclər prosesdə iştirak etsinlər. Vəfa Nağı, sona qədər Ümid Partiyası olaraq sizləri dəstəkləyirik.
Səlahiyyətli dövlət qurumlarına müraciət edərək Vəfa Nağının haqlı tələblərinə qanun çərçivəsində dəstək və reaksiya vermələrini tələb edirəm. Neftçaladan millət vəkili hörmətli Sabir Rüstəmxanlının da Vəfa xanıma dəstək olacağına ümid edirəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-06-2020, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-06-2020, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
Dünən, 11:41