reklam
Regionxeberlericom.az » Cəmiyyət » Masallıda polislər traktor sürücüsünü döyüb

reklam

Masallıda polislər traktor sürücüsünü döyüb


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sosial şəbəkələrdə polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, videogörüntü idarədə araşdırılıb.

Onun sözlərinə görə, hadisə Masallı rayon ərazisində qeydə alınıb:

“Həmin şəxs traktor sürücüsü olub. O, polisə tabe olmayıb, saxlanılandan sonra da sənəd təqdim etməyib. Həmin şəxs daha sonra polisə müqavimət göstərib. Düzdür, bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüsyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da intizam tənbehi tədbiri görülüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Masallı YPX-nin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşlarının iştirakının iddia olunduğu videogörüntü yayılıb.

Videogörüntüdə polis əməkdaşları sürücünü avtomobildən zorla çıxarması, sonra döyməsi əks olunub.


Paylaş:


Müəllif : Tarix:
21-06-2020, 13:36
Sikayət   


loading...
Загрузка...