reklam
Regionxeberlericom.az » Cəmiyyət » Çimərliklərlə bağlı suda və quruda patrul xidməti aparılır

reklam

Çimərliklərlə bağlı suda və quruda patrul xidməti aparılır


Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.



Paylaş:


Müəllif : Tarix:
22-06-2020, 13:36
Sikayət   


loading...
Загрузка...