"Elə xəstələr var ki, test cavabı neqativdir, amma xəstəxanaya yerləşdiririk" – TƏBİB-dən AÇIQLAMA
Sumqayıt sakini Rafiq Mərzəli yeznəsinin və bacısı qızının koronavirusa yoluxduğu halda xəstəxanaya aparılmaması barədə yaydığı iddia ilə bağlı xəbər vermişdik.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, xəstəxanaya aparılma məsələsi növbəlilik prinsipi ilə həyata keçirilir:
“Növbəlilik prinsipi ilə ağırlıq dərəcəsinə görə, həkimin verdiyi rəyə uyğun olaraq xəstəxanalara hamı yerləşdirilir. Var simptomsuz, var yüngül sipmtomlu, biri də var daha ağır xəstələr. Hətta elə xəstələr var ki, test cavabı neqativdir, amma ağır kliniki əlamətləri var, onları belə biz xəstəxanaya yerləşdiririk. Və yaxud hələ testinin cavabı çıxmayan, vəziyyəti ağır xəstələri də qaldırırıq. Sadəcə ağırlıq dərəcəsinə uyğun olaraq hamısı növbə ilə aparılacaq. Xəstəxanada yer boşalan kimi məsələsi deyil. Yaşadığı yerə uyğun olaraq və ya digər məsələlərlə əlaqədar ağırlıq dərəcəsinə görə gəlib götürülür”.
Xatırladaq ki, Rafiq Mərzəli adlı vətəndaş özünün "facebook" hesabında qohumlarının koronavirusa yoluxduğu halda xəstəxanaya aparılmadığını iddia etmişdi. O hətta qohumlarının kimliyini və yaşadıqları ünvanı da açıqlamışdı:
“Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayan yeznəm Həsənov Arif Əmirxan oğlu və bacım qızı Həsənova Samirə Arif qızı bir həftədir ki, koronavirusa yoluxublar. 3 dəfə təcili yardım çağırıblar, hər dəfə də xəstələrin üzünə baxıb deyiblər ki, bizim tibbi yardım etməyə ixtiyarımız yoxdu, xəstəxanada yer boşalan kimi gəlib aparacağıq. Beləliklə, 1 həftə ötür. Həm də o boyda Sumqayıtda iynə vurmağa, sistem qoşmağa heç bir tibb bacısı cəsarət etmir, deyirlər ki, ixtiyarımız yoxdu. TƏBİB-in qaynar xəttinə zəng vurmuşuq heç bir nəticə yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2020, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2020, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55