“Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik” - həkimlərdən qorxunc proqnozlar
Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə pisləşir. Rəsmi statistika bir yandan, həkimlərin proqnozları digər tərəfdən həyəcan təbili çalmağa əsas verir. Hətta ölkəni İtaliyadakı vəziyyətin gözlədiyini anons edən həkimlərimiz var. Baxmayaraq ki, qonşu Gürcüstanda pandemiya dövründə cəmi 911 nəfər koronavirusa yoluxub, bizdə rəqəmlər 13 mindən yuxarıdır.
Amma Avropada da karantinin bərpasına hazırlıq gedirsə, deməli, infeksiyanın ikinci dalğası gəlir. Belə ki, İspaniyanın Araqon şəhəri karantinə qayıdıb, Madrid və Barselonada infeksiya ocaqları aşkarlanıb, Portuqaliya komendant saatı tətbiq edib, Fransada yoluxma artır, bu bəlaların episentri olan Çində yeni yoluxmalar qeydə alınıb, dünyada ən yüksək inkişaf etmiş səhiyyəsi olan ölkələrdən biri - İsrail virusun çəngindədir...
Azərbaycana gəldikdə, 13 mindən artıq yoluxma ilə yanaşı 7 mindən çox vətəndaşımız sağalıb. Aktiv xəstə sayı 5800 nəfərdən yuxarıdır. Yalnız bir ümidverici nüans var - yoluxmalar kəskin artsa da, ölü sayında kəskin çoxalma yoxdur. Ümumi ölənlərin sayı 160 nəfəri keçib. Hər gün stabil yoluxma sayı 500-ə yaxındır, lakin dünyasını dəyişənlər 5-7 arasıdır, yəni bir gündə 20-25 nəfərin virusdan ölməsi müşahidə edilmir.
Bununla belə, həkim Vasif İsmayıl bu statistik analogiyalarla bağlı nikbin deyil. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, yoluxmanın artması ilə paralel ölü sayının kəskin artmamasının səbəbləri var. Doktorun sözlərinə görə, TƏBİB-in siyahısındakı xəstələrin sayı dəyişməyib. V.İsmayıl hesab edir ki, əgər 60 koronavirus xəstəsi süni nəfəs aparatına bağlanıbsa, ölü sayı da 6-7 nəfər civarında olacaq. Onun fikrincə, aparatlara bağlanmayan, evində olan insanlar var: “Onların sayını bilmirik. Ölüm statistikasını belə dəyərləndirməliyik. Evlərdə xəstə insanlar var ki, həkimə çatmadan ölürlər. Biz deyə bilmərik ki, bu, həkimlərin fiziki cəhətdən çatdırmaması ilə bağlıdır, yoxsa xəstəxanalarda yerlərin az olması ilə. Ona görə sərt karantin rejiminin tətbiqinə ümid edirəm ki, yoluxma sayında azalma olacaq. Əks halda, bütün şəhəri bağlamalı olacaqlar”.
V.İsmayılın sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkimlərin sosial mediada həyəcanlı paylaşımları, vəziyyətin İtaliyadan da betər olacağı anonsları təsadüfi deyil: “Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik. Mən həkiməm və hər şeyi cəmiyyətə demək olmur, sosial təlatümə səbəb ola bilər”.
Həmsöhbətimiz bütün həkimlərin, ekspertlərin sosial izolyasiya və maska taxmaq çağırışından savayı heç bir tövsiyə irəli sürməməsinə münasibətini açıqladı: “Dünyada təyyarə düzəldən cəmiyyətlər sosial məsafənin gözlənilməsi ilə koronavirusa yoluxma sayını aşağı sala bilib. Bizim onlardan fərqli nəsə etməyimiz mümkün deyil. Ona görə belə sadə tövsiyələrə əməl olunsun, yetərlidir. Düzdür, ola bilsin hamını bu xəstəlik tutacaq. Amma ümid var ki, o vaxta peyvənd tapılacaq, insanlar da özlərini qoruyacaqlar”.
Azərbaycanlı həkim Murad Məmmədli isə “facebook” üzərindən karantin rejiminə riayət etməyə və onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşdirməməyə çağırıb. Onun sözlərinə görə, karantin imitasiya xarakteri daşımır, insanlar ciddi olsunlar: “Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən qurtarır. Mən həkiməm, COVID-19 xəstələri ilə işləyirəm. Yalnız Allah bilir biz xəstəxanada nələr çəkirik. Vəziyyət xeyli dərəcədə ciddiləşib. Hər şey biz zənn etdiyimiz kimi olmadı. Bakıda COVID pasiyentləri üçün ayrılan yerlər bitir. Yoluxma maksimal dərəcədədir. Hər gün ağır pasiyentlərin sayı artır. Bu templə bütün gücümüz və gördüyümüz işlərə baxmayaraq, ölənlərin sayı kəskin artacaq”.
Həkim ictimai nəqliyyatdan istifadə etməməyə çağırıb: “İnanın, ən pisi odur ki, bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq. Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin, görənlərin xatirinə, nəhayət, Allah xatirinə... Siz inanmayacaqsınız ki, biz hansı vəziyyətdə işdən çıxırıq. Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib. Gecələr yuxuda aparatların səsi hamının qulaqlarındadır, Stress, yuxusuz gecələr, bütün bədəndə ağrılar, ac, susuz və təmiz havasız...”
Yeri gəlmişkən, Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb. Koronavirusinfo.az saytının verdiyi məlumata görə, yoluxma halları Bakı şəhərində artaraq 52.0 faiz olub.
Abşeronda yoluxma 15.3 faiz, Gəncə-Qazax bölgəsində 10.3 faiz, Aranda 8.1 faiz, Lənkəranda 6.4 faiz, Quba-Xaçmazda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.2 faiz, Dağlıq Şirvanda 1.5 faiz təşkil edib.
Naxçıvanda yoluxma 0.03 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.9 faiz təşkil edib. Bundan əlavə, koronavirusa yoluxanların 50,2 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 52 faiz təşkil edir.
Ən çox yoluxma halları paytaxtın Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,3 faizi Binəqədi, 12,2 faizi Yasamal, 12,2 faizi isə Xətai ,11,7 faizi isə Sabunçu, 10,9 faizi Nəsimi, 9,2 faizi Suraxanı 8,8 faizi Nərimanov, 7,9 faizi Nizami, 6 faizi Qaradağ, 4,3 faizi Xəzər, 4,2 faizi Səbail, 0,3 faizi Piralladı rayonlarının payına düşür.
Yoluxmanın artması ilə yanaşı ölkədə 14 günlük sərt karantin rejimini pozanların da sayı artır. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.
ASAN xidmət isə xəbərdarlıq edib ki, vətəndaşlar 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verir. Bəzi vətəndaşların sistem vasitəsilə “1" kodu, yəni təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar göndərilmiş müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2020, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2020, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39