Səhiyyə Nazirliyindən quduz itlərlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi heyvan dişləmələri ilə bağlı əhaliyə müraciət edib.
regionxeberlericom.az-un nazirliyə istinadən xəbərinə görə, aprelin 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəsiyyəti stabildir. Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir. Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.
Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:
• insanların yoluxmasında əsas mənbə itlərdir;
• xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur;
• xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;
• insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.
• xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2019, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2019, 15:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07