İnsanlara niyə çip taxmaq istəyirlər? – İnanılmaz səbəblər
Son vaxtlar insanların dərisinə çip yerləşdirilməsi haqda xəbərlər və təhlillər artıq az qala “COVİD-19” pandemiyasını geridə buraxaraq, bütün dünyada əsas müzakirə mövzusuna çevrilib. Hərçənd, geni dəyişdirilən meyvə və digər qidaların insan sağlamlığı üçün təhlükəsi fonunda çip mövzusu o qədər də əhəmiyyətli olmamalıdır.
Amma hazırda az qala bütün bəşəriyyəti koronavirusun davamı kimi insan dərisinə yerləşdiriləcək çiplər narahat edir...
Rəqəmsal şeytan...
Rejissor Aaron Russo bir dövrlər dünyanın ən zəngin ailəsi olan Rokfellerlərlə yaxın münasibətlərdə olub. Sonradan bu ailəyə yaxından bələd olan rejissor onunla münasibətlərini dayandırıb. Az sonra Russo bu ailə haqqında kameralar qarşısında danışmağa başlayıb. Russonun iddiasına görə, ailənin ən böyük məqsədi insanlara RFİD çipləri taxmaqla dünyanı nəzarətdə saxlamaqdır.
Beləliklə, ilk dəfə Aaron Russo 2007-ci ilin 24 avqustunda, vəfat etməzdən əvvəl “insanlara çip taxacaqları və onları nəzarət altına alacaqları” fikrini gündəmə gətirib.
Birinci mərhələdə yalnız cinayət törətməkdə ittiham olunan şəxsləri nəzarət altında tutmaq üçün qurulmalı olan bu sistem daha sonra ümumilikdə yeni düzən qurmağa hesablandı. Beləcə, bu sistem insanların şəxsi həyatına nəzarət etmə nöqtəsinə qədər gətirildi.
Rejissor Russonun dediyindən belə çıxırdı ki, əsas məqsəd bütün insanların bədəninə çip yerləşdirmək, hər insanı bir naviqasiya cihazına çevirməklə onu nəzarətdə saxlamaq imkanı əldə etməkdir. İddiaya görə, insan vücuduna çip yerləşdirməklə, bədəndə hormon dəyişikliyi də daxil olmaqla, göz bəbəyindən topuğa qədər hər şeyə nəzarət etmək mümkün ola bilər.
Beləcə, öz iradəmizlə veridyimizi düşündüyümüz qərarlar əslində bədəndəki çipin beynimizə göndərdiyi siqnallarla gerçəkləşəcək, insanları bu kiçik cihaz vasitəsilə robota çevirmək mümkün olacaq. Normalda heç kim belə çipin bədənində olmasını arzu etməz, amma iddiaya görə, qorxu yaratmaqla, “sizi bu qoruya bilər, başınıza bir şeylər gələrsə, müdaxilə edərik” bəhanəsi ilə insanlara çip taxmağa nail olunacaq.
İddia olunur ki, ələ keçirilən bədən və beyinlər “Rəqəmsal şeytan” tərəfindən idarə olunacaq.
Hazırda bank kartını, qatar biletini, ev açarını əvəz edən çiplər İsveçrədə insanların sağlamlığıyla bağlı qeydləri də özündə saxlayır.
İngiltərəli elm adamı Ben Libbertona görə, həm də sağlamlıqla bağlı ölçmələri həyata keçirən çip təhlükəli zənglər çala bilər. Şəxsi məlumatların necə istifadə edilməsinin əhəmiyyətli olduğunu ifadə edən alimə görə, əsas sual bu məlumatlara kimin sahib olmasıdır: “Nahar yeməyi, idman və işə getmək saatlarını bir çipə qeyd edərsənsə, başqaları bundan istifadə edə bilərmi? Narahatlıq ola bilərmi? Əsl sual budur”.
İsveçrənin Karolinski İnstitutunun mikrobioloqu Libbertona görə, dəri altında yerləşdirilən çiplə şəxsi hüquqları asanlıqla aradan qaldırmaq, habelə başda sağlamlıq olmaqla, bir çox şəxsi və məxfi bilgiləri əldə etmək mümkün ola bilər. Mikrobioloq çiplərin riskli olması haqqında xəbərdarlıq edir.
Artıq sayı 10 mini keçib
Dünya çapında vücuduna çip yerləşdirilən kibernetik orqanizmlərin (Kiborq) sayının 10 mini keçdiyi təxmin olunur. Ən çox mikroçip şirkətlərinin yerləşdiyi ölkə İsveçdir. Bu ölkə eyni zamanda ümumi sayı 4 min nəfər olmaqla, ən çox çiplənmiş insana sahib ölkədir.
Qeyd edək ki, Stokholmda artıq kimlik, kredit kartı, bilet kimi anlayışlar dönəmi bitir. Ölkədə dəri altına yerləşdirilən düyü boyda çiplərdən istifadə edən insanların sayı artıb. İsveçdə belə çiplər vasitəsilə artıq bank kartları, yol biletləri, hətta açarlar, şəxsiyyət vəsiqəsi daha ciblərdə deyil, bədəndəki çiplərdə daşınır.
Gündəlik həyatı asanlaşdırmaq məqsədilə çipi dəri altına yerləşdirən isveçlilər bu çiplər vasitəsilə qapını aça bilir, qatar və ya metroda bilet yerinə istifadə edirlər.
Dəri altına çip yerləşdirən şirkətlərdən “Biohax İnternationald CEO”-nun nümayəndəsi Jovan Österlund bəyan edib ki, bu texnologiya yenidir, amma əhəmiyyətli şəkildə artmaqdadır.
Österlund qeyd edir ki, bu texnologiya açarları, bank kartlarını əvəz edəcək. Amma indiyə qədər toplum bu yeni texnologiyaya xüsusi maraq göstərməyib. Rəsmi məlumatlardan bəlli olur ki, adıçəkilən şirkət indiyə qədər 3500 insana çip qoyub.
Koronavirus və çip biri-birinin davamıdır
Araşdırmaçılar isə qeyd edirlər ki, bu sistemin Avropada ilk müzakirəsi və tətbiqi tarixi 2013-cü ildir. Və 2013-cü ildən bu yana sistemə daxil edilən insanların sayı 10 min nəfərdən çoxdur.
Rokfeller Fondu bu gün bütün dünyanı sarsıdan koronavirus pandemiyasını 10 il əvvəl, 2010-cu ildə ssenari olaraq hesabatında qeyd edib. Beləcə, koronavirus və insanlara çip yerləşdirmək məsələsinin əslində biri-birinin davamı olduğu iddiası var.
İddialara görə, Rokfeller Fondu koronavirus pandemiyasını 2010-cu ildə proqramlaşdırıb. Fondun 10 il əvvəl yaydığı hesabatda günümüzdəki koronavirus olduğu kimi anladılır.
Peter Şvartz tərəfindən hazırlanan və Rokfeller Fonduna bağlı Global Business Network (GBN) tərəfindən yayımlanan “Texnologiya və Beynəlxalq İnkişafın gələcəyi üçün ssenarilər” adlı hesabatda düşündürücü ifadələr yer alıb. 2010-cu ilin mayında təqdim edilən hesabat 2030-cu ilə qədərki inkişaf haqqında çərçivə müəyyən edir. Hesabatın “Ssenarilərin izahı” bölməsində ölümcül qlobal virusun ortaya çıxacağı anons edilib.
Vətəndaşlarını virusdan qorumaq üçün hökumətlərin fövqəladə tədbirlər görəcəyi bildirilən hesabatda qeyd olunur ki, qlobal pandemiya dövründə bütün liderlər səlahiyyətlərini genişləndirəcək.
Sənəddə qoruyucu maskaların kütləvi istifadəsindən söz açılır, qatarlar və böyük mağazalar kimi yelərin girişində insanların yoxlanılmasına qədər bir çox ciddi tədbirlərin görüləcəyi bildirilir.
Çin birinci xilas olacaq
Ölkələrin virusla necə mübarizə aparacağına da yer verilən hesabatda ilk olaraq Çinin bu virusdan xilas ola biləcəyi bildirilir: “Virus bütün dünyaya bulaşır, lazımi tədbirlərin həyata keçirilməsi inkişaf etmiş ölkələr üçün böyük problem olur. Amma bir neçə ölkə bunun öhdəsindən daha yaxşı gəlir. Xüsusilə, Çin”.
Virusun sadəcə insanları öldürmədiyi qeyd edilən hesabatın davamında yazılır ki, qlobal pandemiya iqtisadiyyatlar üzərində ölümcül təsirə malik olacaq: “Həm insanların, həm də məhsulların beynəlxalq hərəkətliliyi dayanma nöqtəsinə gəlir, turizm kimi zəif institutlar qlobal tədarük zəncirlərinə təsir edir. Normalda ən çox hərəkətli olan mağaza və ofis binaları boş qalır...”.
Gələcəkdə texnologiya sahəsində mümkün meyllərə toxunan hesabatda qeyd edilir ki, proteksionizm və milli təhlükəsizlik maraqlarından çıxış edən ölkələr Çini təqlid edərək, özlərinin müstəqil və regional texnologiya şəbəkələrini yaratmağa üstünlük verirlər: “Hökumətlər internet sürətini nəzarətə almaq sahəsində uğura malikdirlər. Amma onların bu cəhdləri dünya çapında internetin təsirini qıra bilmədi”.
İqtisadiyyatda və dövlət düzənində böyük dəyişikliklərin yaşanacağını anons edən hesabatda qida qıtlığına dair məqamlar da yer alır: “Beynəlxalq ərzaq qıtlığı qarşısında ölkələr daxili bazarlarını idxaldan qorumaq, kənd təsərrüfatı məhsulları və digər malların ixracatını azaltmaq məqsədilə sədləri möhkəmləndirirlər”.
Qeyd edək ki, müzakirələrə səbəb olan bu hesabat 25 may 2010-cu ildə Rokfeller Fonduna məxsus “www.rockefellerfoundation.org/news/publications/scenarios-future-technology”internet ünvanında yerləşdirilib. Bir neçə il ərzində açıq olan hesabat sonradan bəlli olmayan səbəblərdən yoxa çıxıb. Buna rəğmən, həmin hesabatdan iqtisadçılar və digər mütəxəssislər istifadə edib, habelə media buna zamanında yer ayırıb. Qəribə olan həm də odur ki, hesabat daha çox gələcəklə bağlı olsa da, onu hazırlayanlar keçmiş zaman şəkilçilərindən istifadə ediblər.
Bill Qeyts də koronavirusun gələcəyini 5 il əvvəl "proqnozlaşdırıb"
Onu da qeyd edək ki, Rokfellerlə eyni ideyaların daşıyıcı olan, insanlara "cip" taxılması ideyasının müəlliflərində sayılan Bill Qeyts də dünyanı silkələyən epidemiyanın yayılacağına dair 5 il əvvəl "proqnozlaşdıra" bilib.
Belə ki, Bill Qeyts 2015-ci ildə “TEDTalks” adlı tədbirdə Epidemiya mövsusunda çıxış edib. O, indiki vəziyyəti hələ 5 il öncədən təxmin edərək bəşəriyyətə xəbərdarlıq edib.
Bill Qeytsin həmin çıxışında əvvəlcə dünyanın epidemiyaya hazır olmadığını bildirib: “Uşaqlığımda hamı nüvə müharibəsindən qorxurdu, ona görə də çəlləkdə su və konservləşdirilmiş yemək saxlanılırdı. Müharibə olsa, nə edəcəyimizi bilirdik. İndiki zamanda qlobal fəlakət artıq elə görünmür. Hazırda milyonlarla insanı müharibə deyil, virus yıxa bilər. Raket deyil, mikrob... Bunun səbəbi bizim hələ də nüvə təminatına vəsait yatırıb, o sahəyə fokuslanmağımızdır. Epidemiyaların qarşısının alınması üçün pul yatırmırıq. Növbəti epidemiyaya hazır deyilik...
Ebolanın yayılması nəticəsində təxmini 10 min insan dünyasını dəyişdi. Amma onu da nəzərə alaq ki, bu epidemiya Afrikanın 3 dövlətində müşahidə olunurdu..
Növbəti dəfə bəxt üzümüzə gülməyə bilər. Virus təbii şəkildə yayıla, yaxud bioterroristlər tərəfindən yaradıla bilər..."
Epidemiya ilə mübarizə üçün təcili surətdə köməyə çata biləcək xüsusi tibb qrupları yaradılmasını, baktereoloji təlimlər keçirilməsini və diaqnostika, vaksinasiya sahəsində yeni ixtiralara və araşdırmalara davam etməli təklif edən Bill Qeyts "gözlənilən virusun" dünya itisadiyyatına vuracağı ziyanın miqyasını da proqnozlaşdırıb: "Bu prosesə xərclənəcək vəsaitin miqdarını dəqiq demək mümkün deyil. Təkcə onu bildirə bilərəm ki, təhlükənin qloballığı nəzərə alınsa, vəsaitin miqdarı çox deyil. Beynəlxalq bankın hesabatına görə, qlobal qrip epidemiyasına görə, Dünya Bankı 3.000.000.000.000 dollar itirmiş olacaq. Bundan əlavə, milyonlarla insan həyatını itirəcək, bu da qlobal iqtisadiyyatı məhv etmək gücündədir..."
AzPolitika.info
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2020, 11:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2020, 11:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16