İmarət ana şəhid oğlunun yanına köçdü
Bu gecə aldığım acı sorağın -şəhid anası İmarət ananın ölümünə hələ də inana bilmirəm.
15 gün olar görüşmüşdük. Bizə gəlmişdi, hər çağ şux görünüşlü, şax duruşlu , hər gəlişində əlidolu ŞƏHİD ANASI İmarət ananı bu yol əliçəlikli görəndə ömür -gün yoldaşımın kövrəlməsini sezdim. Elə nurlu çöhrəsi vardı ki! Bircə gözlərinin içinə baxa bilmirdim. Oğul istərəm, şəhid anasının gözlərinin içinə baxa bilsin! Adam sağ qalmağına utanır!
İmarət Qədim qızı Məmmədova 28 il başı dik şəhid anası kimi yaşadı. Oğlu Binədar Əjdər oğlu Məmmədov doğulduğu Bərdə rayonunun Yeni Əyricə kəndindəki isti ata ocağını, ana qucağını soyuq səngərə - Qarabağın döyüş bölgəsinə dəyişəndə, döyüşlərin birində yaralanıb gözlərini yumarkən dediyi son söz “anama ölməyimi deməyin” olmuşdu. Bu gecə Bakıda dünyasını dəyişən şəhid anasının son sözü, görəsən, nə oldu? Heç dünya malında gözü olmadı. Millət vəkili Zahid Oruc rayona gələndə bir neçə ildir dünyasını dəyişən 2-ci dünya savaşının veteranı olan həyat yoldaşı Əjdər əmiyə baş çəkirdi , şəhid ailəsinin problemini çözməyi tapşırırdı, şəhid anası isə “problemsiz” idi. 27 il sonra verilən “qanpulu”nu da ailə qurmayan oğlunun məktəb həyətindəki şəhid abidəsinin qaydaya salınmasına ayıracağını deyirdi. Ana yurdun azadlığı uğrunda döyüşlərdə iştirak edən, lakin “könüllü” olduğundan “müharibə veteranı” adını almayan o biri oğlundan yana ürəyi əsirdi. Bəlkə elə bir ara ondan ayrı Bakıda yaşadığından ürəyi dayandı.
Oğul nəvəsinə şəhid oğlunun adını, qız nəvəsinə öz adını vermişdi. Elə bil, şəhid ana-oğul bacı-qardaş kimi yaşamlarını sürürlər. Ömürləri uzun olsun, adlarına layiq yaşasınlar.
Heç “öldü” demək olmur. İmarət ana ölmədi, dünyasını dəyişdi. Qazi oğlunun yanından şəhid oğlunun yanına köçdü . Şəhid evin qutlu olsun, şəhid anası, İmarət ana! Bizdən Binədara salam de!
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2020, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-07-2020, 16:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
Bu gün, 15:39