“Şöbə müdiri niyə evdə, cüzi vəsaitlə müalicə olunmalıdır?” - ETİRAZ
Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru İdris Abbasov koronavirusa yoluxub.
Bu barədə məlumatı jurnalist-tənqidçi Əsəd Cahangir sosial şəbəkədə yayıb.
O bildirib ki, tərcüməçinin vəziyyəti getdikcə ağırlaşır: “Hazırda o, min yüz səhifəlik “Azərbaycan dilinin orijinal qrammatikası” əsərini italyan dilindən dilimizə çevirir və tərcümə, demək olar ki, çapa hazır vəziyyətdədir. Onun koronavirusa yoluxması, durumunun ağırlaşması da bu tərcümə üzərində üç il ərzində gecə-gündüz çalışması ilə bağlıdır.
Fiziki cəhətdən xüsusi sağlamlığı ilə seçilməyən İdrisə bu qədər gərgin zehni zəhmət qəti olmazdı. Üstəlik də maddi baxımdan problemlər içində olan bir vaxtda. İdris belə məsələləri açıb-ağartmağı heç vaxt sevməyib.
İndi bilirəm ki, bu açıqlamam onun ürəyincə olmayacaq. Bu, mənim öz təşəbbüsümdür. Bütün şüurlu ömrünü fədakarcasına elmə həsr edən bir şəxs bu ölüm-dirim savaşında niyə tək qalmalıdır? Niyə ev şəraitində, öz cüzi vəsaiti hesabına müalicə olunmalıdır? Niyə çalışdığı təşkilat, əlaqədar qurumlar onun həyatına belə etinasız yanaşmalıdır?”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2020, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2020, 18:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti