"Sərt karantin rejiminin tətbiq olunmadığı 77 şəhər və rayonda vəziyyət necədir?" - AÇIQLAMA
Hazırda Azərbaycanın yalnız 8 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunur. Əsas diqqət də məhz bu 8 regionda cəmləşib. Bəs digər, yəni sərt karantin rejiminin tətbiq olunmadığı 77 şəhər və rayonda vəziyyət necədir?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ daha çox vətəndaşlarımızdan və yerli icra hakimiyyəti orqanlarından asılıdır:
"Dövlət lazım olan bütün addımları bir neçə istiqamətdə atır. Ölkə rəhbərliyi, dövlət qurumları, həkimlərimiz, polislərimiz maksimum çalışırlar. Əgər zəruri tədbirlər görülməsə, bu gün vəziyyət daha fərqli olardı. Xüsusi qeyd etməliyik ki, dövlətlə yanaşı vətəndaşın da məsuliyyəti var. Hər bir vətəndaş karantin qaydalarına əməl etsə, xəstəlik daha az bölgələrimizdə yayılacaq və bu bəladan daha tez xilas olacağıq. Vətəndaşlardan yalnız qaydalara əməl etmək, sosial məsafəni gözləmək, maska və əlcək taxmaq tələb olunur. Bu hər şeydən öncə özümüzə lazımdır. Virusun digər bölgələrdə yayılmasına gəldikdə əgər məsələyə kifayət qədər həssas və məsuliyyətli yanaşma olsa xəstəlik bir o qədər də geniş yayılmayacaq. Əksi baş versə acı nəticələrini hamımız hiss edəcəyik. Əgər bir vətəndaş xəstədirsə və buna baxmayaraq bölgələrə səfər etməyə cəhd edirsə bu tamamilə yolverilməsdir. Heç kəs vətəndaş məsuliyyətini unutmamalıdır. Dünən Baş nazirin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da bu məsələyə geniş toxunularaq lazımi göstərişlər verildi. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Həm digər rayonların rəhbərləri, həm də o bölgələrin sakinləri vəziyyəti ciddi nəzarətdə saxlamalıdırlar. Xəstəliklə mübarizədə vətəndaş mövqeyi və ictimai qınaq da xüsusi rol oynayır. Qaydalara əməl etməyən insanlar digər vətəndaşlar tərəfindən ciddi qınağa məruz qalmalıdır, etiraz etməlidirlər. Virusla mübarizə o zaman daha səmərəli olacaq. Fürsətdən istifadə edib üzümü yenidən vətəndaşlara tutaraq onları karantin rejimi qaydalarına tam əməl etməyə, özlərini və yaxınlarını qorumağa çağırıram. Söhbət milli təhlükəsizliyimizdən gedir. Özümüzü və yaxınlarımızı qoruyaq mütləq".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2020, 18:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2020, 18:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti