Moldova prezidenti parlamenti buraxmaq niyyətindədir
Moldova Prezidenti İqor Dodon deputatlara rüşvət verilməsini yolverilməz adlandırıb və parlamenti buraxmaq niyyətində olduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, belə bəyanatla “Prezident cavab verir” televiziya verilişi zamanı Sosialistlər Partiyası və Demokrat Partiyasından ibarət hakim koalisiyanın deputatlarının kütləvi şəkildə müxalifətə keçməsi səbəbindən çoxluğu itirdiyi qanunverici məclisdəki vəziyyəti şərh edərkən deyib.
“Deputatların rüşvətlə ələ alınması biabırçılıqdır, utancvericidir, parlamentlə, demokratiya ilə və vətəndaşların rəyi ilə məzələnməkdir. Bu parlamentdə artıq 16-17 deputat pulla alınıb. Yaxın gələcəkdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün lazım olan bütün prosedurları başlatmaq üçün əlimdən gələni edəcəyəm. Bu, yeganə həll yoludur”, - İ.Dodon bildirib.
Onun fikrincə, parlament seçkilərini bu il noyabrın 1-nə təyin olunan prezident seçkiləri ilə birlikdə keçirmək daha rahat olardı.
Prezident qeyd edib ki, fraksiyanı tərk etməsi üçün pul təklif olunan bir neçə sosialist deputat artıq prokurorluğa müraciət edib və məsələ ilə bağlı cinayət işləri başlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2020, 14:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-07-2020, 14:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52