reklam
Regionxeberlericom.az » Cəmiyyət » Diqqət! Kamera ilə cərimə yazılmayacaq – Rəsmi

reklam

Diqqət! Kamera ilə cərimə yazılmayacaq – Rəsmi


"Vətəndaşlara tövsiyə edirik ki, iyulun 5-dən SMS-lə icazə alarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“Avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə bununla bağlı qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq", - Ü.Mehdiyev deyib.

Nazirlər Kabinetinin qərarı əsasında xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır: “Birincisi, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, bu da tənzimlənəcək”.

Ü.Mehdiyev bildirib ki, qanun layihəsi təsdiqlənməyənə qədər cərimə tətbiq olunmayacaq.


Paylaş:


Müəllif : Tarix:
4-07-2020, 09:23
Sikayət   


loading...
Загрузка...