reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT

reklam

Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT


Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su ilə bağlı şikayətlərinə rəsmi münasibət bildirilib.

Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Füzuli rayonunun Alxanlı kənd sakini Kamal Quliyevin transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan, istismarı dayandırılmış subartezian quyusuna yeni transformatorun quraşdırılması ve enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılıb. Müəyyən edilib ki, əvvəllər mövcud olmuş trasformator yarımstansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib.

“Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılıb və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçay vasitəsilə suvarılıb. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranıb.

Bundan başqa, İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakininin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildirilib ki, kəndin 820 hektar torpaq sahələri başlanğıcını Cənubi Muğan kanalından götürən Qızılarx kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə beş kub metr su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur.

Eyni zamanda Ağcabədi rayonun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılıb. Qeyd edilib ki, bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun səkkiz kəndinin 14000 hektara yaxın, o cümlədən Afşar kəndinin 2100 ha və Qaradolaq kəndinin 2283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə iki kub metr su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfiyyatı müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə üç kbm çatdırılması üçün tədbirlər görülür. Günün sonuna suyun verilməsi təmin ediləcək.

Bununla yanaşı, Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusalı kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildirilib ki, rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan ikisi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalıb və təlabatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan üçünün məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələkdə bir və Qaramusalıda bir ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulub, bu quyulardan ikisində qazma işləri başa çatdırılıb və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək.


Paylaş:


Müəllif : Tarix:
4-07-2020, 17:56
Sikayət   


loading...
Загрузка...