"BU NARKOMAN GEDƏ..." - Surət Hüseynovun ittihamlarına sərt reaksiyalar
Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov “dirilməyə” başlayıb. Onun Meydan.TV-yə verdiyi son müsahibə ciddi qalmaqal yaradıb. Xalq arasında daha çox “vətən xaini” kimi tanınan, 1993-cü ilin 4 iyununda Gəncədə qiyam qaldıran eks nazir AXC iqtidarında yüksək vəzifələr tutan şəxslər barəsində sensasion ittihamlar irəli sürüb.
O, sabiq müdafiə naziri Rəhim Qazıyevin müəllim işləyərkən 50 manat təqaüd alan tələbələrinə rüşvət qarşılığında qiymət yazdığını və bu səbəbdən “Zaçot Rəhim” kimi tanındığını deyib. Bundan əlavə, o, 4 iyun qiyamı ərəfəsində artıq nazir olmayan Qazıyevlə birlikdə olan və sonralar yayılan fotosundan da danışıb. Keçmiş müdafiə nazirinin məşhurlaşmaq üçün onun yanında göründüyünü söyləyib. Qazıyevin Müdafiə Nazirliyini qurduğu yönündə dediklərinə S.Hüseynov belə cavab verib: “Başına dəysin onun qurduğu. Onun dilindən düz söz heç zaman çıxmayıb”.
Qiyamçı polkovnik AXC iqtidarına qarşı qiyam qaldırmadığını, əksinə, mərhum prezident Əbülfəz Elçibəy başda olmaqla, onun ətrafının ona qarşı qiyam qaldırdığını deyib.
S.Hüseynov Xalq Cəbhəsi iqtidarında Daxili Qoşunların komandanı olan Fəhmin Hacıyev barəsində də ittihamlar səsləndirib. O deyib ki, Fəhmin Hacıyev Gəncəni bombalamağı təklif edib. Hətta Gəncəyə qoşun yeridildiyini də deyir.
Onun AXC iqtidarında baş nazir postunu tutan Pənah Hüseyn haqqında söylədikləri çox ciddi ittihamlardır. Qiyamçı polkovnik 4 iyun qiyamında Prezident Qvardiyasının əsgərlərini P.Hüseynin güllələtdiyini deyib və eyni zamanda “atamı Pənah Hüseyn öldürtdürüb” kimi iddiada da bulunub.
Bundan əlavə, 1992-ci ilin iyulunda o zaman dövlət katibi işləyən P.Hüseynin sabiq xarici işlər naziri Tofiq Qasımovla Gəncədə onunla görüşdüklərini və o zaman sabiq baş nazirin ermənilərlə birtərəfli saziş imzaladıqlarını ona çatdırdığını qeyd edir. Guya o da buna etiraz edib.
S.Hüseynovun daha bir sensasion ittihamı var. O, baş nazir işləyərkən arxivlərə baxdığını və kimlərin rus agenti olduğunu bildiyini deyir. Bu yerdə Elçibəyin adını çəkir, P.Hüseynin “verbovka” olunduğunu bildirir.
Onun bu iddiaları ilə bağlı AXC iqtidarında təmsil olunanların, o cümlədən müsahibədə adı keçənlərin fikirlərini aldıq.
P.Hüseyn iyulun 7-də qəzetimizə bu barədə geniş bir müsahibə verəcəyini, hər şeyi orada deyəcəyini bildirdi.
Rəhim Qazıyev: “Bu narkoman gədə niyə 27 ildir susurdu?”
R.Qazıyev isə ittihamlara olduqca sərt reaksiya verdi: “O gədənin tələbədən rüşvət almağımla bağlı dediklərini əsas götürüb mənə zəng etdiyinizə görə təəssüflənirəm. Rəhim Qazıyevin bu günə qədər bir nəfərdən rüşvət aldığını nə bilən var, nə də deyən. Bir düşünən yoxdurmu ki, bu şərəfsiz 27 ildir niyə susurdu? Onu danışdırırlar. Millətimin belə ağır koronavirusla mübarizə apardığı dönəmdə bu insan 78 yaşlı birisini niyə gündəm edir? Bu millət düşünməlidir ki, birdən-birə gündəm niyə dəyişdirilir? Hamı Rəhimin üzərinə gəlir. Niyə? Mən bu gün hansı gücün sahibiyəm? Qayınanasinin əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin. Tələbələrimdən kimsə bu günə kimi çıxıb deməyib ki, Rəhim müəllim bizdən rüşvət alıb. 11 ay nazir işləmişəm. Orduda çoxsaylı vəzifələrə, özü də yüksək vəzifələrə adamlar təyin etmişəm. Leytenant, polkovnik də daxil olmaqla, rütbələr vermişəm. 3800 ev elə təkcə Bakının özündə paylamışam. Bunlardan kimsə çıxıb deyibmi ki, Rəhim rüşvət qarşılığında bunları edib. 32 ildir hərəkatdayam. Bu narkoman gədə niyə 27 ildir susurdu? Bax belə suallar verilməlidir. Küçə gədəsinin azadlığa çıxarkən dedikləri kadrlarda hələ də qalır. Bilməyənlər internetdən baxsınlar. Qayınanasının əfvində yazılır ki, sizin mərdliyinizə, mərhəmətinizə, ləyaqətinizə sığınırıq, onu azad etsəniz, bir daha sizlərə xəyanət, namərdlik etməz. 27 ildir dalımca danışır. 11 ay nazir olduğum dönəmdə qeyrətli balaların zəhməti ilə nazirlik yaradılıb. 52 faiz torpaq azad olunub. Əgər bu adam zavod direktoru olanda hər işi görürdüsə, hamını əzib keçirdisə, hətta vertolyota hücum edirdisə, bəs baş nazir olanda güc strukturları ona həvalə olunmuşdu, niyə bir qələt eləmirdi? 6 rayon işğal olundu. Bu gədə susdu. Baş nazir oldu, sonradan arxadan bir təpik vurdular, dama basdılar. Buna deyiblər ki, danışmalısan, danışır. Zavod direktoru olanda hər şeyi dağıda-dağıda gedirdi. Heç kimi saymırdı. Bəs başqasının qarşısında niyə peşka olurdu? Rəhimə nifrətiniz olsa da, bu milləti sevirsinizsə, bu suallar ortaya qoyulmalıdır”.
Fəhmin Hacıyev: “Dəfni xainlər qəbiristanlığında olmalıdır”
F.Hacıyev isə Surət Hüseynov barədə bu gün də eyni mövqedə olduğunu bildirdi: “Həmin müsahibədə Surətin ağlı və kimliyi özü tərəfindən nümayiş etdirilib. Ağıllı adamlar üçün bütün böhtanlarına davranışları ilə özü cavab verib. Buna da dəfələrlə cavab vermişəm. 7 iyun tarixində Prezidentin yanındakı müşavirədə mənə söz verilib, çıxış etmişəm. Gəncədə olan hadisələri ilk dəfə olaraq mən qiyam adlandırmışam. Qiyamın güc tətbiq etməklə yatırılmasını təklif etmişəm. Bu işin mənə etibar edilməsini istəmişəm. Demişəm ki, əməliyyat zamanı lazım gələrsə Gəncədə həmin hərbi hissənin ətrafındakı mülkü əhalini köçürməklə aviasiyadan istifadə edilə bilər. Bunlar lazımlı hissəni kəsib Gəncəni bombalamaq kimi təqdim edirlər. İclasda onu da demişəm ki, biz qiyamı yatırmasaq, dövlət çevrilişi baş verəcək. Nəticədə bir neçə rayon işğal olunacaq, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcək. Onu da demişəm ki, biz indi az itkilərlə qiyamı yatırmasaq, sonralar daha çox itkilər verəcəyik. Çox təəssüflər olsun ki, mənim proqnozlarım özünü doğrultdu. Mənim dövlətçilik əqidəmə görə dövlətə qarşı silah qaldıran məhv edilməlidir. Dəfni də xainlər qəbiristanlığında olmalıdır. O qədər mənəviyyatsızlaşdırılmışıq ki, surətlər, rəhimlər, nemətlər, arazlar meydanda at oynadırlar”.
Oqtay Qasımov: “Onun Elçibəy haqqında dedikləri tərbiyəsizlikdir”
Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov ittihamlara geniş cavab verdi: “Yaramaz adamlar yaramaz fikirlər səsləndirərlər. Surət Hüseynov vətənə xəyanətdə ittiham olub, həbsxana həyatı yaşamış bir şəxsdir. Təəssüflər olsun ki, indiki hakimiyyət onu 4 iyunda törətdiyi cinayətə görə deyil, 1994-cü ilin oktyabrında Gəncədə hakimiyyəti yenidən ələ keçirmək üçün qaldırdığı qiyama görə həbs etdi. Belə şəxslər əfv edilməli deyillər. O, 27 ildən sonra bu məsələlərə qanmamazlıq, yaxud bilərəkdən yanaşırsa, bu da ayrı bir problemdir. Onun bu ilin əvvəllərindən ortaya atılması çox incə mətləblərdən xəbər verir. Danışıqları, Əbülfəz Elçibəyə edilən hücumlar başqa bir mövzudur. Surət Hüseynov bağlı olduğu mərkəzlərdən idarə olunur. Aldığı təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Bu səviyyəsiz adamın dediklərində bir-birini təkzib edən fikirlər var. Adam Qarabağda ərazilərin azad edilməsini adına çıxır.
Faktiki olaraq, Azərbaycan dövlətini bu proseslərdə görmür. Əgər Rusiya və Ermənistana qarşı təkbaşına dayanıb müharibəni udacaq gücdə idinsə, o zaman 15 ay baş nazir oldun, bütün güc strukturlarının Milli Məclisdəki iclasda sənə veriləcəyi bildirilmişdi, niyə dediklərini etmədin? İşğal olunan beş rayonun məsuliyyəti Surətin boynundadır. Onun cinayətlərindən biri də odur ki, o vaxt Xalq Cəbhəsi batalyonları adı ilə 33 batalyonun ləğv olunmasında birbaşa iştirak edib. Ağdamda onun dəstələrinin hansı oyunlardan çıxdığı, əhali arasında yaratdıqları çaxnaşma barədə materiallar və məlumatlar var. O deyir ki, baş nazir olduğu dönəmdə 9 gün güc nazirliklərinə nəzarət edib.
Adama sual verərlər ki, əgər belə idisə, sənə agent dediyin şəxslərin materialları haradan verilib? Digər tərəfdən, Elçibəy və digərləri haqqında səndə məlumatlar var idisə, niyə 27 il gözlədin? Demək, sənə təlimat verən mərkəzlər indi danışmağını istəyirlər. Laçın dəhlizinin bağlanması ilə bağlı guya mərhum Əliyar Əliyevlə danışıqları haqqında dedikləri gopdur. Onun dəstələri qarət və digər əməllərlə məşğul olublar. O, hələ bir izahat versin ki, 1993-cü ilin yanvarında qoşunların Ağdərə istiqamətindən çıxarılması əmrini nə üçün verib. Məhz bu xəyanət nəticəsində xeyli ərazilər ermənilərin əlinə keçdi. Surət Hüseynov buna şərait yaratdı. O, guya 52 hərbi birlik yaratdığı və bunun nəticəsində Dağlıq Qarabağda ərazilər azad etdiklərini deyir. Əvvəla, onu demək lazımdır ki, o zaman pis-yaxşı hakimiyyət orqanları fəaliyyət göstərirdi. Yaqub Məmmədov Ali Sovetin sədri idi və prezident səlahiyyətlərini icra edirdi. Müdafiə Nazirliyi var idi. Onun dediyi kimi, o zaman yaratdığı hərbi birlik də əslində cinayət əməlidir. Qanunlara zidd olaraq yaradılmışdı. Əgər rəsmi fəaliyyət göstərən Müdafiə Nazirliyi varsa, nə üçün hərbi birlik, qanunsuz silahlı qruplaşma formalaşdırılmalı idi? Surət Hüseynov özü haqqında yüksək fikirdədir. Şerbakla əlaqələrindən niyə danışmır? Hələ narkotranzit məsələlərindən danışmırıq. Gələcəkdə bununla bağlı da izahatlar verilər. Onun Elçibəy haqqında dedikləri tərbiyəsizlikdir. Müsahibədəki danışığı tam bölücülük nümunəsi idi. Jurnalist Natiq Cavadlıya bir neçə dəfə irad bildirir və deyir ki, sən qarabağlısan, qarabağlıların ağsaqqalının sözünü kəsirsən. Onun özü heç qarabağlı deyil. Hansı meyar və ölçülərinə görə özünü qarabağlıların ağsaqqalı hesab edirsən? O bilməlidir ki, Gəncədə Prezident Qvardiyasının əsgərlərinin güllələnməsi və öldürülməsi cinayəti birbaşa onun boynundadır. Surət Hüseynov bu və ya digər cinayətlərinə görə nə zamansa bir daha mühakimə olunacaq. Hələ qanmır ki, qaldırdığı qiyamla xalqımıza, dövlətimizə hansı zərbələri vurdu. Bu gün ölkəmiz onun yaratdığı problemlərin həllində çox böyük sıxıntılar yaşayır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-07-2020, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-07-2020, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09