reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İcra başçısı sahibkarın hüquqlarını pozub” – Eyyub Hüseynov

reklam

“İcra başçısı sahibkarın hüquqlarını pozub” – Eyyub Hüseynov


Ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə ərazidə reyd keçirilib. Bu zaman Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsində icra başçı tərəfindən qanunsuz şəkildə bir neçə şöbənin bağlanması tələb olunub. Mağaza rəhbərliyindən verilən məlumata görə, onlar cərimə ilə hədələniblər:

“Çəkiliş apardılar. Bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu. Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək”.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Operativ Qərargahın qərarında dəyişiklik olmadan icra başçısının belə bir addım atması doğru deyil:

“Bu barədə mənə bu gün iki zəng gəlib. Vətəndaşlar da vəziyyətdən narazılıq edirlər. Bunun nə dərəcədə düzgün olub-olmamasını bilmək istəyirlər. Bildirim ki, başda Operativ Qərargahın qaydalarında çatışmazlıq var. Gərək, qaydalarda sözügedən məsələ nəzərə alınaydı. Operativ Qərargahın qərarında belədir ki, ərzaq satılan hissə açıq olmalıdır. Lakin məlumdur ki, mağaza açıq olduğu üçün digər tərəfdə də başqa şey satırlar. Deyəsən, digər tərəflərdə uşaq oyuncaqları, paltar filan satılırmış. Bu market ərzaq marketidir, təbii olaraq camaat tez-tez girir və həmin şöbəni də işlək vəziyyətdə görəndə nəsə almaları normaldır. Gərək, icra başçısı buna müdaxilə etməyəydi.

Birinci Operativ Qərargahın qaydalarında dəyişiklik olmalı, ondan sonra müdaxilə edilməli idi. Bu, indiki halda düzgün müdaxilə sayılmır. Atılan addım biznesmenin hüququnun pozulması kimi başa düşülür. Əgər məsələ ilə bağlı cərimə tətbiq olunubsa, market sahibi apellyasiya şikayəti və yaxud məhkəmə iddiası qaldırıb cəriməni ləğv etdirə bilər”.


Paylaş:


Müəllif : Tarix:
8-07-2020, 18:18
Sikayət   


loading...
Загрузка...