74 min dollar təqaüd alan tələbə ilə MÜSAHİBƏ
ABŞ universiteti tərəfindən 74 min dollar təqaüd təklifi alan 19 yaşlı mingəçevir sakini Cavid Əlizadə öz təəssüratlarını Lent.az-a danışıb.
- Elmə, təhsilə həvəsi səndə kim yaradıb və ilk təhsilini harada almısan?
- Yaxşı təhsil almağa marağımı valideynlərim yaradıb. Bu gün əldə etdiyim uğurları onların dəstəyi ilə qazanmışam. Mingəçevirdə doğulmuşam. 9-cu sinfə qədər burada təhsil almışam. Mingəçevirdə də orta məktəbi əla qiymətlərlə oxumuşam. Daha sonra Böyük Britaniyaya getmişəm.
- Böyük Britaniya ilə ölkəmizdə olan təhsil arasındakı fərqləri necə izah edə bilərsən?
- Fərq az deyil. Böyük Britaniyada təhsilə yanaşma çox fərqlidir. Əzbərə üstünlük verilmir. Təbii ki, materialı yaxşı bilməlisən ki, suallara cavab verə biləsən. Amma orada səni düşünməyə, məntiq işlətməyə məcbur edirlər. Orada test suallar demək olar ki, yoxdur. 98-99 faiz açıq suallar olur. Burada biz öyrəşmişik ki, hər şeyi müəllim hazır etsin, biz də işləyək. Amma orada əlavə material olsa, sual olsa, hamısını özün işləməlisən. Mövzunu başa düşmədinsə, müəllimi axtarıb tapmalısan. Özün cəhd göstərməlisən. Səni daha çox müstəqilliyə hazırlayırlar. Yaxşı qiymətlər alım, bununla iş bitmir. Dərsdənkənar fəaliyyətlər də tələb olunur. Fərqlənmək üçün hərtərəfli olmalısan.
- Təhsilini davam etdirmək üçün ABŞ-a üstünlük verməyin nəylə bağlıdır?
- Təhsilini davam etdirmək üçün ABŞ-a üstünlük verməyimin səbəbini orada seçimlərin daha sərbəst olması ilə izah edə bilərəm. İngiltərədə seçim daha spesifikdir.
Ümumiyyətlə, ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanmışam.
Seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma daha çox ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-ı seçəcəyəm. Bu onların ən yüksək - 74 min ABŞ dollarını təklif etmələri ilə əlaqəli deyil. ABŞ-da ixtisas seçimi tələb olunmur. Hərtərəfli təhsil ala bilmək üçün ideal təhsil şəraiti yaradılır. Hələ ki, hansı sahəni seçəcəyimlə bağlı konkret qərar verməmişəm. Avqust ayında yəqin ki, artıq ABŞ-a gedəcəyəm.
Bəs ingiltərədə oxuyarkən maddi cəhətdən sıxıntın olurdumu?
Aşığını deyim ki, İngiltərədə oxuduğum illərdə maliyyə dəstəyim valideynlərim olub. ABŞ-da isə 74 min dollar mənə pulsuz təhsil almaq şəraiti yaradacaq.
- Gələcəkdə, təhsili bitirdikdən sonra Azərbaycana dönmək planların arasında yer alırımı?
- Hər adam istəyər ki, öz vətənində qalsın. Öz ölkəsinin inkişafına kömək olsun. Onu gələcək göstərəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-04-2019, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-04-2019, 17:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07