COVID-19 hava vasitəsilə yoluxurmuş - Alimlərdən növbəti XƏBƏRDARLIQ
Dünyada koronavirusa yoluxnların sayı 12 milyondan artıqdır. Virusa yoluxanlarrın 550 mini isə ölüb. Koronavirus sürətlə yayılmağa davam etdikcə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tədqiqatarı da intensivləşdirir. Koronavirusun havadan ötürülməsi ehtimalı ilə bağlı alimlərin araşdırması və bu barədə həyəcan siqnalı vermələri ÜST tərəfindən nəzərə alınıb və yeni araşdırmalara başlanılıb. Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində virusun hava yolu ilə ötürülməsi təsdiqlənərsə, koronavirusla mübarizədə yeni tədbirlərin gündəmə gətiriləcəyi bildirilir.
DİA.AZ xarici mediada bu barədə yazılmış araşdırmanı təqdim edir:
ÜST-ün koronavirusun hava damlaları vasitəsi ilə yayılma ehtimalını istisna edə bilməyəcəyi barədə açıqlaması, virusla mübarizədə mühüm dəyişikliyə gediləcəyini göstərir. Çünki aylardır aparılan araşdırmalarda koronavirusun hava yolu ilə ötürüldüyü aşkar edilib. Son dövrdə isə hava vasitəsilə yoluxmanın necə baş verdiyi ilə bağlı tədqiqatlar sürətləndirilib.
Virusun qarşısının alınması üçün yeni tədbirlər görüləcəkmi?
Aparılan araşdırmaların nəticələrinə görə, koronavirusla mübarizədə indiyədək görülən tədbirləri dəyişdirmək, əl yuma və sosial məsafə kimi təcrübələrə yenilərini əlavə etmək də gündəmə gələ bilər. Koronavirus hazırda, əsasən təmas yolu ilə ötürülən bir virus hesab olunur və buna uyğun tədbirlər görülür.
Hava yolu ilə yoluxma nədir?
BBC-nin reportajına görə, səhiyyə təşkilatları virusların dörd yolla ötürüldüyünü bildiriblər. Bunlar: hava, qarşılıqlı əlaqə, ara məsafəsinin qorunmaması və vektorial dayanmadır. Səhiyyə təşkilatları hava vasitəsilə yoluxmanı bu şəkildə əsaslandırır: Mikroorqanizmlər səklində olan zərrəciklər və ya toz zərrəcikləri uzun müddət havada qalır və hava axınları ilə geniş ərazilərə yayılır. Qapalı məkanda yoluxmuş şəxs nəfəs alıb-verdikcə hava yolu ilə yoluxma baş verəcək. Vərəm xəstəliklərini buna misal çəkmək olar.
Koronavirusun havadan yoluxmasına dair fikirlər
Araşdırmalar laboratoriya şəraitində aerosolizləşdirilmiş (qaba çevrilən) koronavirusun, ən azı, üç saat havada canlı qala biləcəyini sübut edib. Alimlər bu tədqiqatların laboratoriya şəraitində aparıldığını, həmin mühitin real həyat şəraiti ilə eyni olmadığını bildirirlər. Eyni zamanda fərqli yerlərdə ortaya çıxan bəzi xəstələrin havadan yoluxduqlarına dair şübhələr güclənir.
ABŞ-ın şimal-qərbindəki Vaşinqton əyalətindəki Vernon dağında bir nəfərin xor məşqində ən az 45 nəfəri yoluxdurduğu aşkarlanıb. Müayinə zamanı bəzi xəstələrin yoluxmuş şəxsə heç 2 metr də yaxınlaşmadığı müəyyən edilib. Bənzər hadisə Çinin Guangju şəhərində də baş verib. 24 yanvar axşamı bir restoranda koronavirus xətəsi yemək yeyən zaman eyni yerdəki daha 9 nəfərə yoluxdurub. Restoranda aparılan araşdırmada məlum olub ki, virusa yoluxmuş 9 nəfər ara məsafəsi saxlayıb. Yoluxmaya səbəb kondisioner havasının olduğu aşkar edilib. Hava axını nümunəsi kondisionerin virusu 6 metr məsafəyə apara biləcəyini ortaya çıxarıb.
Alimlər COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusların havadan ötürülüb-ötürülmədiyi ilə bağlı daha ətraflı araşdırma aparır. Ancaq indiyə qədər aparılan araşdırmalar hava ilə ötürülmənin mümkünlüyünü göstərir.
Virusun havadan keçdiyini öyrənmək niyə önəmlidir?
Xəstəliyin hansı yolla ötürülməsini öyrənmək görüləcək tədbirlərin müəyyən edilməsində əsas rol oynayır. ÜST-nin yeni koronavirus növü haqqında yayımladığı təlimatda əlləri sabunla 20 saniyə yumaq və sosial məsafə qaydalarına əməl etmək tövsiyə olunur. Dünyanın bir çox yerində hökumətlər bu çərçivədə tədbirlər görür və mübarizə siyasətini inkişaf etdirir. Alimlər bu tədbirlərin böyük əhəmiyyət daşıdığını, ancaq bu tədbirlərin hava yolu ilə yayılan xəstəliklərə qarşı kifayət etməyəcəyini bildiriblər. Kondisioner işləyən məkanlarda, ictimai nəqliyyat və ofislərdə, həmçinin izdihamlı yerlərdə yeni tədbirlərin görülməsi gündəmə gətirilə bilər.
Alimlər hansı mövzuda xəbərdarlıq etdilər, ÜST nə deyir?
Bu həftə 32 ölkədən 239 alim mövzu ilə bağlı açıq məktub yayımladı. Məktubda ÜST-ə koronavirusla əlaqəli tədbirlər barədə təlimatlarını yeniləməyə çağırış edildi. Elm adamları tərəfindən sadalanan tədbirlərə ictimai binalarda həddindən artıq sıxlıq yaratmağın qarşısını almaq, qapalı məkanları düzgün havalandırmaq və hava filtri sistemlərinə antiseptik ultrabənövşəyi işıqların əlavə edilməsi daxildir.
ÜST-ün Beynəlxalq İnfeksiyaya Qarşı Mübarizə Mərkəzinin koordinatoru Benedetta Allegranzi, mövzu ilə bağlı tədqiqatlar aparılmasının davam etdiyindən xəbərdar olduqlarını söyləyib. Allegranzi, "Bu araşdırmalar barədə açıq fikirli olmalı, nəticələrini, eləcə də görüləcək tədbirlərin təsirini başa düşməliyik" - deyib.
ÜST-ün koronavirusun hava yolu ilə ötürülməsi barədə tədqiqatları qəbul etməsi vacib bir addımdır. Ancaq qurumun qərar qəbul etməzdən əvvəl daha dəqiq nəticələr görmək istədiyi bildirilib. ÜST-ün infeksiya riskləri barədə sözçüsü David Heymann, koronavirusla mübarizə strategiyaları ilə bağlı ÜST-ün yeni tövsiyələr verməzdən əvvəl daha geniş araşdırmalardan konkret nəticələr gözlədiyini bildirib.
Nurlan Hüseyn //Dominant.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2020, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2020, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25