Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə
Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır.
regionxeberlericom.az bildirir ki, bunu Trend-ə həkim Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir:
"Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir. Lakin məsələ bu deyil. Bir sıra hallarda döş qəfəsi tomoqrafiyası atipik pnevmoniyanı göstərdiyi və xəstədə 100% COVİD-19 virusunun əlamətləri olduğu halda yaxma analizinin nəticəsi neqativ çıxır. Bəzən isə xəstənin bütün cavablarının ideal olmasına baxmayaraq, analizin nəticəsi pozitiv olur. Çox az maliyyə, kiçik bir qan analizi ilə vaxt itirmədən müalicəyə başlamaq olar. Əgər COVİD-19 testi (əsnəkdən və burundan) neqativ çıxıbsa, siz virusa yoluxduğunuzdan şübhələnirsinizsə, mütləq qanın ümumi analizini və CRP yəni c-reaktiv zülal analizini verin. Bəzi göstəricilər özünü göstərəcək - qanda leykositlərin (WBC) miqdarı düşəcək, neytrofillər və EÇS (Eritrositlərin çökmə surəti) yüksək, limfopeniya (limfositlər) enəcək. Döş qəfəsinin kompüter tomoqrafiyası və qeyd edilən bu analizlərin nəticəsi insanda pnevmoniyanın olduğunu təsdiqləyir".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2020, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2020, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
17-01-2025, 11:41