Cəsəddən koronavirusa yoluxmaq mümkündür? - mütəxəssis rəyi

Koronavirusa yoluxma sayı artdıqca insanlarda bu virusla bağlı təşvişlər də çoxalmağa başlayıb. Bəzən sosial şəbəkələrdə bu virusun cəsəddən də keçə bildiyi barədə iddialar səslənir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Tailandda koronavirusdan dünyasını dəyişən şəxsin başqasını virusa yoluxdurduğu barədə məlumatlar yayılmışdı. Məlumata görə yoluxan şəxs məhkəmə-tibbi ekspertizasının nümayəndəsi olub. Alimlər bildiriblər ki, virusun ölüdən keçmə xüsusiyyəti Ebolada da var. Cəsəddə koronavirusun nə qədər aktiv qaldığı isə məlum deyil. Buna görə də alimlər canlı və ya ölü fərqi qoymadan koronavirusa yoluxmuş bütün şəxslərlə təmasdan qaçmağı tövsiyə edirlər.
Bəs yerli ekspertlər necə düşünür?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. O bildirib ki, ölü şəxs nə asqırmır, nə də öskürmür, ağzı da bağlı olur:
“Müəyyən dini qaydalara riayət olunduqdan sonra dəfn edilir. Yəni, ölüdən çəkinmək lazım deyil.
Bu məsələdə ən təhlükəli olan canlı insandır. Hansı ki, canlı insan hər dəfə asqırır, öskürür, danışır, nəfəs alır və əsas yoluxma mənbəyi bu olur.
Koronavirus pandemiyası insanlar arasında müəyyən miflər yaradıb. Buna görə artıq insanlar cəsəddən də qorxmağa başlayıblar. Amma belə deyil.
Beləliklə, koronavirusa yoluxan şəxsin dəfnində olmaq təhlükə yaratmır. Bir daha qeyd edirəm ki, əsas təhlükə canlı insandır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2020, 15:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2020, 15:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB