reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ordumuzun baş leytenantı ŞƏHİD OLDU

reklam

Ordumuzun baş leytenantı ŞƏHİD OLDU


Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu döyüşdə Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verib və səbr diləyib.

Qeyd edək ki, iyulun 13-də cəbhənin eyni istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Daha 4 hərbi qulluqçumuz isə yaralıdır....

Düşmən tərəfin də ağır itki verdiyi bildirilir...




Paylaş:


Müəllif : Tarix:
13-07-2020, 09:53
Sikayət   


loading...
Загрузка...