Konstitusiya Məhkəməsi qərar verdi
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Diplomatik xidmət haqqında” Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8-ci və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər - Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Maliyyə nazirliklərinin, Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı çıxışları, ekspert qismində Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 12-ci və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-07-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-07-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01