Sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan Göyçay sakini tutuldu
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə rayonun Mırtı kəndindən olan hərbçimizin şəhid olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus sosial şəbəkə hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə bir şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, toplanmış material rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib. A.Rəsulov etdiyi hərəkətdən peşman olduğunu bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-07-2020, 22:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-07-2020, 22:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
17-01-2025, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
17-01-2025, 11:41