Növbəti dərs ili onlayn olacaq? - Müəllimləri niyə yeni kurslara göndərirlər
Azərbaycanda yeni tədris ilinin başlanılacağı hələ məlum olmasa da, artıq indidən orta məktəb müəllimlərinə onlayn təhsil vermə bacarqlarının təkminləşdirilməsi üçün kurslara göndəriləcəyi barədə məlumat verilib. Bu barədə Sputnik Azərbaycan-a müəllimlər məlumat veriblər. Bu, birbaşa pandemiya dövründə məktəblərin bağlı qalacağı anlamına gəlməsə də, müəllimlərin onlayn təhsilvermə bacarığının artırılması dərslərin hələ bir müddət onlayn keçiriləcəyi barədə şübhələr yaradır. Bəs görəsən dərslərin onlayn keçirilməsi 2020-2021-ci tədris ilində də davam edərsə, müəllim kontingentintinin onlayn təhsilvermə bacarığının daha da artırılması üçün hansı tədbirlərin həyata keçirilməsi vacibdir?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, koronovirus pandemiyası dövründə dərslərin onlayn keçirilməsi göstərdi ki, müəllimlərin əksər hissəsinin İKT bilikləri çox aşağıdır. Hətta öz ailəmizin təcrübəsində Zoom proqramına qoşulmaqda çətinlik çəkən müəllimlərin şagirlərindən kömək istəməsinin də şahidi olduq. Bütün bunlar sübut etdi ki, müəllimlərin çoxu ən sadə ikt bacarıqlarına belə yiyələnə bilməyib. Bundan əlavə onlar ənənəvi təhsil formasında olduğu kimi onlayn təhsil formasında keyfiyyəti təmin edə bilmirlər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya şəraiti müəllimlərin İKT bacarıqları daha da artırılmalıdır: "Koronavirus yayıdıqdan bir müddət sonra tədris onlayn davam etdirildi. Təcrübə göstərdi ki, müəllimlərin İKT bacarıqları aşağıdır. Onların İKT bacarıqları təkminləşdirilməlidir. Müəllimlərin bu məqsədlə kurslara göndərilməsi də müsbət haldır. Amma bununla yanaşı, müəllimlərin internetə çıxışı da yaxşılaşdırılmalıdır. Məqsədə çatmaq üçün bu gün bizə lazım olan vasitə internetdir. Estoniya kimi ölkələrdə internet ucuz və əlçatandır. Amma bu gün bizdə hələ də internetə əli çatmayan kəndlər var. Ölkə üzrə internetə əlçatanlıq və keyfiyyət hər yerdə eyni olmalıdır. Təkcə Bakı ilə iş bitmir. Bütün bölgələrdə internetin sürəti keyfiyyətli olmalıdır".
Ş. Əsgərov bildirir ki, nə qədər kurslar təşkil olunsa da, onlayn təhsildə ənənəvi təhsilin keyfiyyətini təmin etmək mümkün deyil: "Müəllimlər onlayn təhsil zamanı sinfin 80 faizinə proqramı mənimsədə bilərlərsə bu çox yaxşı göstəricidir. Biz nə qədər istəsək də, onlayn təhsildə keyfiyyəti 100 faiz təmin edə bilmərik".
Asif Cahangirov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya təhsilimizin yeni formada formalaşmasına, yeni səriştələrin mənimsənilməsinə imkan yaradıb: "Pandemiya dövründə onlayn dərslər hazırlıqsız oldu. Onlayn təhsil, onlayn resurslar tələb edir. Təcrübə göstərdi ki, onlayn resursları vaxtında əldə edənlər üçün bu asan oldu. Amma təcrübəsiz onlayn dərsləri keçmək çətin oldu. Onlayn dərslərlə ənənəvi təhsil forması fərqlənir. Çünki, onlayn təhsildə canlı ünsiyyət, o emosiyalar yoxdur. Müəllim bütün sinfi komyuter vasitəsilə idarə edir. Belə halda zəif şagirlərlə iş ağırlaşır. Bu şagirdlərlə əlavə məşğələ keçirilməsə çətin olacaq. Bir müəllimin qarşısında 20-30 şagird var. Müəllim çalışır ki, şagirlərin çox hissəsi proqramı mənimsəsin. Əgər müəllim proqramı mənimsəməyənlərlə əlavə məşğul olmasa böyük problemə səbəb olacaq".
A. Cahangirov deyir ki, onlayn təhsil üçün yeni qaydalar hazıranmalıdır. O, artıq özəl təhsil müəssisələrin birində belə qaydaların hazırlandığını söyləyir. Həmsöhbətimiz deyir ki, bu qaydalarda onlayn təhsilin keyfiyyətinə təsir edən amillər yer almalıdır: "Onlayn təhsildə müəllimin şagirdlərlə əks əlaqəni necə qurmalı olduğu, bir neçə dəqiqəlik də olsa onların gözlərini kompyuterdən ayrıb dəftərdə məsələ misal həll etməsi təmin edilməlidir. Pandemiya dövründə onlayn təhsil təcrübəsi göstərdi ki, bəzi şagirdlər ya dərslərə qoşulmur, bəzən məsuliyyətsizlik nümayiş etdirirlər. Şagird ekranda görssənmirsə, o dərsi buraxmış şagird kimi qeydə alınmalıdır. Əgər şagird divanda ev paltarında uzanırsa o dərsdə olduğunu hiss edə bilməz. Onlayn dərslərdə də fəallıq olmalıdır".
Əməkdar müəllim hesab edir ki, onlayn dərslərdə keyfiyyəti təmin etmək tək müəllimin üzərinə düşə bilməz: "Valideynlər üçün də tələblər olmalıdır. Onlayn dərslərdə uşağa nəzarət və dəstək məsələsində valideynin üzərinə böyük məsuliyyət düşür. Onlayn dərslərin müsbət cəhəti odur ki, valideynin müəllimin canlı dərsini izləmək imkanı olur. Valideynlər həmişə can atırdılar ki, dərslərdə iştirak etsinlər. Pandemiya dövründə valideynlərin çoxu evdə olduğundan, onlar üçün bu imkan yarandı. Onlayn təhsil şagirdlərdə müstəqil İKT bacarıqlarının formalaşmasına kömək edir. Şagirdlərin çoxu bu dövrdə valideyn köməyi olmadan kompyuterini açıb proqram yükləyərək onlayn dərslərə qoşulmaq bacarığına yiyələndilər".
Bununla yanaşı A. Cahangirov müəllimlərin İKT biliklərinin daha da artırılması, onlayn təhsili daha peşəkarlıqla keçməsi üçün müvafiq kursların təşkil edilməsini vacib hesab edir.
Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda çıxışında onlayn təhsillə ənənəvi təhsilin fərqindən danışıb. O, bildirib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: "Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir. Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2020, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2020, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24