“Restoranda əylənmək olar, amma kədərlənmək olmazdı?” – Cərimələnən iş adamı etiraz edir
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nizami RPİ və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə bu gün rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Məlumatda həmçinin bildirilib ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5000 manat cərimə olunub.
Mürvət Həsənli bu məlumatla bağlı “AzPolitika.info”-ya açıqlama verib. İş adamı bildirib ki, bu gün mərhum qardaşının 40-ı olub, bu səbəbdən ən yaxın qohumları, təxminən 25 nəfər bir yerə yığışıb. “Bu, yayılan məlumatda iddia olunduğu kimi, böyük mərasim olmayıb. Əlbəttə, ölkədə karantin rejimi var, hamımız mümkün qədər karantin qaydalarına əməl etməliyik. Amma həyat da davam edir... Bizim ailəmiz isə bu ağır günlərdə ikiqat zərbə aldı - gənc qardaşım dünyasını dəyişdi. Bu gün onun 40-ı günü idi. Ən yaxın qohumlar təsəlli üçün bir yerə yığışmışdı. Gələnlərə gəlmə demək də olmur axı...
O ki qaldı guya 450 nəfərin iştirakilə 3 mərasimi keçirməyə, bu məlumat da şişirdilib. İyunun 8-də qardaşımın dəfnindən sonra başsağlığına gələnləri əyləşdirmək üçün sahibi olduğum restoranın həyətində, yəni açıq havada mövcud olan “besedkalarda” təxminən 100 nəfərlik stol hazırlatdım. Nəzərinizə çatdırım ki, iyunun 8-də ölkədə sərt karantin rejimi mövcud deyildi. Səhər 8-dən axşam saat 22:00-a dək restoranların fəaliyyətinə icazə verilmişdi. Buna baxmayaraq əksər yaxınlar, dostlar da vəziyyəti nəzərə alaraq çox oturmur, 5-10 dəqiqə əyləşir, başsağlığı verib gedirdilər. Bu zaman 100-dən artıq polis əməkdaşı əraziyə gəldi, vəziyyətimizin, aldığımız zərbənin ağırlığına məhəl qoymadan, eyni zamanda karantin qaydalarına əməl olunduğuna, masaların 8 nəfərlik olduğuna, sosial məsafənin qorunduğuna əhəmiyyət vermədən müdaxilə etdilər və məni 5 min manat cərimə edərək getdilər.
Bir daha deyirəm, həmin gün Bakıda indiki kimi sərt karantin rejimi mövcud deyildi. Yəni 10 nəfərdən çox olmayan qruplar halında axşam saat 10-a dək restoranlara getmək olardı. Mən isə ara məsafəni də gözləməklə 8 nəfərlik stollar hazırlatmışdım. Polis əraziyə gələndə uzağı 100 nəfər adam var idi və bunlar bir-biri arasında xeyli məsafə olan ayrı-ayrı masalarda əyləşmişdilər. Masaların üzərinə maska, dezinfeksiyaedici məhlullar qoyulmuşdu. İndi mən sual edirəm: necə ola bilər ki, restoranda bir masada 10 nəfərlik qrupla əyləşib, yeyib-içmək, əylənmək, şənlənmək olardı, amma elə həmin restoranda ən çoxu 8 nəfərlik masada 5-10 dəqiqə əyləşib kədərlənmək olmazdı? Bu qədər böyük məntiqsizlik təsəvvür edirsinizmi? Demək belə çıxır ki, kimsə qohum-qardaşını başına yığıb, məsələn, uşağına ad günü keçirə bilərdi, amma mən gənc qardaşımın vəfatı ilə bağlı kədərimi bölüşməyə gələnlərin qarşısına bir stəkan çay qoya bilməzdim? Mən videogürüntülərlə də sübut edə bilərəm ki, 450 nəfər söhbəti tamamilə əsassızdır və həmin gün orda karantin qaydalarına tam əməl olunmaqla qohumların, dostların başsağlığı diləklərini qəbul edərək evimə getmişəm. İndi bu söhbəti 40 gündən sonra bu formada şişirdərək, mediaya yaymaq kimə lazımdır? Mənim, ailəmizin vəziyyətini başa düşmək bu qədərmi çətin idi? Restorana yığışıb yeyib-içmək olar, amma kədərlənmək olmaz məntiqsizliyini görməzdən gəlmək bu qədərmi asan idi?!”
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2020, 22:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2020, 22:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09