Azərbaycanlı milyarderlər Ermənistan məhsulları üçün bazarları bağladılar (VİDEO)
Moskvanın böyük bazarlarında, o cümlədən “Food City”də, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına boykot elan olunub. Qeyd edək ki, bu bazarlar Azərbaycandan olan milyarderlər İlham Rəhimov və God Nisanova məxsusdur.
Virtualaz.org bildirir ki, azərbaycanlı sahibkarlar Ermənistanla əlaqəli tərəvəz və meyvələrlə bağlı hər hansı bir əməliyyata qeyri-rəsmi qadağa tətbiq ediblər. Erməni mallarının boykot edilməsini Özbəkistan, Tacikistan və digər ölkələrdən olan bazar iştirakçıları da dəstəkləyiblər.
Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində yetişdirilən tonllarla ərik və albalı iri yük maşınlarında çürüməkdə davam edir.
Rusiyada erməni mallarının boykot edilməsi ilə əlaqədar həyəcan Ermənistanda da səslənib. Yerevanda nəşr olunan "Qraparak" qəzeti yazır ki, dünən Moskvada erməni kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər nəşrin redaksiyasına müraciət edərək, azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina etdiklərini bildiriblər. İndiki halda söhbət pomidor satışından gedir.
“Dünən isə sosial şəbəkədə bir azərbaycanlının erməni əriyini tapdaladığına dair video yayılıb. Səfirliyimiz, dövlət qurumlarımızın rəsmi nümayəndələri bu faktlarla ciddi məşğul olmalı və vəziyyətin gərginləşməsinin qarşısını almalıdırlar",-deyə erməni nəşri yazıb.
Qeyd edək ki, Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarına boykot elan olunması üçün Azərbaycanlı qızın sosial şəbəkədə müraciəti yayılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2020, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-07-2020, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:10
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 12:07
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Dünən, 10:14
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
4-11-2024, 16:01